Evdə bir ocağın odu-közüydük,soyuyub əzəlki isti yerimiz.Evdə – tərəzinin iki gözüydük,daş birimiz idik, pərsəng birimiz.

Bədənin bənövşə nəfəsli çiçək,nəfəsin ətirli yaz havasıydı.Üzün mərmər kimi, qar kimi göyçək,qucağın yeganə eşq yuvasıydı.

Dolub-boşalıram vaxt olur hərdən,elə bil xətrimə evdə dəyən var.Nə gecə yatanda üstümü örtən,nə gündüz yananda çay iç, – deyən var.

Əl-ələ yüyürdük, əl-ələ qaçdıq,əl-ələ yaşadıq baharda, yazda.

Bağlı qapıları əl-ələ açdıq,əlimiz üzüklü öz qapımızda.

Bilmədim üzünə kim yaman deyib,yaxşını doyunca biz heç görmədik.Yüz il yaşamağa and içdik, heyif,əslində yüz saat sevinc görmədik.

Nisgilli bir ad var, sənin adındı,könül bağlamışam mən də bu ada.Dünyada ən böyük itki qadındı:gördüm anamda da, qadınımda da.

Evin yiyəsiydin, indisə torpaq,sənsən sağ canımda ağrıyan yerim.Çöldə qalmaq olmur,evdə yaşamaq,nə gedən yerim var,nə qalan yerim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets