Mənim nikahımı pozdu təbiət
Mənim nikahımı pozdu təbiət,köklədi simləri xeyir-şər üstə.Sənə – məzar boyda yeraltı zülmət,Qurulu ev qoydu mənə yer üstə.
Beləcə ayırdı o, payımızı,Pozdu bu qanuni nikahımızı.Qoruya-qoruya saxladığımızAxırı nə oldu? – adi bir kağız!
Arada ağlayan bir məhəbbətdir,Yastığın müqəddəs, yerin müqəddəs.Dövlət vəsiqəsi rəsmi sənəddir, –Möhürü, imzası bir şeyə dəyməz.
Son mənzil deyirlər, mən orda gördüm,Nədir sənlə gedib, sənsiz qayıtmaq.Kağızı qorudum, səni itirdim,İndi səni məndən qoruyur torpaq...
Kitabxana.az · https://kitabxana.az/en/works/neriman-hesenzade-menim-nikahimi-pozdu-tebiet
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ey tubi baxışın yıxdı aləmi,Xumar gözün gənə qiyamət eylər
دل که پنهان است شوق لعل محبوبان دروغنچه بشگفته است اوراق گل پنهان درو
Ey həkimEşqdən qəlbimdə bir pünhan mərəz var, ey həkim!Xəlqə pünhan dərdim izhar etmə zinhar, ey həkim!
Qayıt indiSərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi