Torpaq oldu
Bir ay evi arzuladı,göz yummadı, oyaq oldu.Bu evcanlım, qonaqcanlımüç gün evdə qonaq oldu.
Dərmanlardan gəldi cana,gül dəmləyib verdim ona.Mən sığındım ona-bunaözü mənə pənah oldu.
Baxdı mənə, baxdı evə,yana-yana, sevə-sevə.
Köks ötürdü neçə dəfə,ürəyimdə bu, dağ oldu.
Xəzan oldu bağça-bağım,açılmadı qaş-qabağım.Həkimlərə yalvarmağımsonra gördüm nahaq oldu.
Əhd-peyman bağladığım,ağlayanda ağladığım,gözüm üstə saxladığımayaq altda torpaq oldu.
Kitabxana.az · https://kitabxana.az/en/works/neriman-hesenzade-torpaq-oldu
Use ← → keys to move, R for a random poem
More by this author
Bir qaraçı qızı neçə il qabaqkəsib qabağımı dedi astadan:
O qədər dedim ki...Deyirdin dözərəm yarsız,*Döz bağrı daş olan könlüm.*
Sağ canımda ağrıyan yerimEvdə bir ocağın odu-közüydük,soyuyub əzəlki isti yerimiz.
Mənim nikahımı pozdu təbiətMənim nikahımı pozdu təbiət,köklədi simləri xeyir-şər üstə.
Poems by other poets
Mühərrlrlərimiz**Şeyx Hüseynİn görse Mirxaniyan “Bəyanül-həqqi”ni,
Mah Olan YerdəDoğarmı ay u gün göydəYüzün tək mah olan yerdə
Xudaya, cismim ayrılsa, dilim dilbərdən ayrılmazXudaya, cismim ayrılsa, dilim dilbərdən ayrılmaz!Gözüm görməzsə, rəsmi zehnimi eylər şən, ayrılmaz!
AçıldıƏqlim başdan getdi, xiyalım çaşdı,Giriban çak oldu, bellər açıldı,