Ürəklər oxusun
Bəxtiyar Kərimov bəstələmişdir
Bahar yelləri əssin hər səhər,yayılsın elə bizim nəğmələr.Pıçıldaşın siz, şehli yarpaqlar,sizin də öz diliniz var.
Sevinsin ürəklər,çəməndə çiçəklər,gül açsın arzular,istəklər.
Qarışsın daim ürək-ürəyə,külək mahnıya, mahnı küləyə,arzu-arzuya, gülüş sevincəqoy qarışsın dostlar, öncə.Ay yağan yağışlar,mehriban baxışlar,bir gülüş min sevinc bağışlar.
Hər bulağın öz zümzüməsi var,hər körpə quşun öz nəğməsi var.Gəl ay körpə quş, gəl sərin bulaq;nəğməmizi bir oxuyaq.Bu ellər oxusun,bülbüllər oxusun,nəğməli ürəkləroxusun...
Kitabxana.az · https://kitabxana.az/en/works/neriman-hesenzade-urekler-oxusun
Use ← → keys to move, R for a random poem