Yuxuda ağlatdılar
Nazim getdi yatmağa,bal yuxuya batmağa,yuxularda qaçmağa,nağıllarda uçmağa.Məlikməmməd dalınca,Qorxaq Əhməd dalınca.Tək səfərə çıxmağa,qılınc, qalxan taxmağa,Cırtdan ilə görüşə,divlər ilə döyüşə.
Oyuncaqlar gəldilər,yuxusuna girdilər.Dovşanın qulağı yox,dəvənin ayağı yox.Ayı çənəsiz gəlib,xoruz çarəsiz gəlib,Atın başı itdədi,itin başı atdadı.Kosmonavt çılpaq qalıb,nə o, nə bu sağ qalıb.
Dovşan dedi: qulaq ver!dəvə dedi: ayaq ver!Ayı dedi: çənə tap!Xoruz dedi: çarə tap!At başını istədi,it başını istədi.Kosmonavt dedi: paltar!Hamısı dedi: qaytar!!!
Məlikməmməd eşitdi,Qorxaq Əhməd eşitdi.Nazimdən küsdü CırtdanDivlər buynuzlu gəldi,küsdü qılınc və qalxan.sonra toppuzlu gəldi,Yuxuda ağlatdılar,Nazimi oyatdılar.
Kitabxana.az · https://kitabxana.az/en/works/neriman-hesenzade-yuxuda-aglatdilar
Use ← → keys to move, R for a random poem