Uzaq ölkələrə, iraq ellərəAxışan buludlar, axan buludlar!Bir ilıq nəvaziş umarkən sizdən,Könlümü həsrətlə yaxan buludlar!

Mənim ki, ürəyim bir gül yarpağı,Əsər, sizi görsə yorğun, buludlar!

Bəzən axan bir çay, bir sel sayağı, –Bəzən ümman kimi durğun buludlar!

Açılsın göy üzü yığınınızdan,Zərif bir hiss kimi titrək buludlar!Döşənsin səmalar aydan, ulduzdan,Hər axşam min kölgə, min rəng buludlar!

Solan çiçəkləri siz öpərsiniz,Siz ey göy üzündə örpək buludlar,Yanan səhralara su səpərsiniz,Ey atlaz buludlar, ipək buludlar!

Uzaq ölkələrə, iraq ellərəAxışan buludlar, axan buludlar,Bir ilıq nəvaziş umarkən sizdən,Könlümü həsrətlə yaxan buludlar!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring