Sevib oxşadığım əlvan çiçəklər,Əlvida, ey gözəl yaz çiçəkləri...Öpdüm gözlərimlə sizi hər səhərYığdım dəstə-dəstə az çiçəkləri.

Bəzən məhəbbətin dili lal olur,Təbiətdə min rəng, min əhval olur.Çiçəklərdə incə bir xəyal olur,Bəzəyir hüsnünü naz çiçəkləri.

Sarı nərgiz, nazlı bənövşə, reyhan,Sizdən ayrı könlüm olur pərişan,Siz də yad eləyin məni bircə an,Vəsf eləsin telli saz çiçəkləri.

Əssin üstünüzdən rüzgar ahəstə,Yığsın sizi qızlar hey dəstə-dəstə;Yel essə tökülün sinəmin üstə,Payız çiçəkləri, yaz çiçəkləri.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring