Daha ağrımır yaram,Deyəsən sağalıram.İlk baharı görəcəm,Bağlardan gül dərəcəm,Göy dağlara qalxacam,O uca zirvələrdənEnişlərə baxacam.Göylər firuzə rəngli,Yamaclar gül-çiçəkliBizə qonaq gəl, həkim.Bulaqların başındaBir az dincəl, həkim.Gəl, göstərim sənəMən Göygölü, Kəpəzi...Gəlişinlə nə olarBir az sevindir bizi.Gəzək gözəl Şuşanı,Dolaşaq qarış-qarış,Gizlənək DaşaltıdaYağanda dolu, yağış...Qalxaq Cıdır düzündəYalçın qayalar üstə,Göyçək Şuşa qızlarıGül versin dəstə-dəstə.Sən mənə həyat verdin.Qurtuluş, nicat verdin.Mən də göy bağlarımınSənə barını verim:Gözəl təbiətimi, arzularımı verim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring