Şelli

Çeşmələr axıb-axıb çay olur,Çaylar axıb qovluşur ümmana.Yazın ətirli mehi dərədəQovuşub gedir xəfif dumana.Həyatda yalqız olmaq günahdır,Boyun əyib taleyin hökmünəBütün varlıq birləşir, qovuşur.Niyə qaçırsan məndən sən yenə?Hər tərəfdə qovuşmaq həvəsi:Qalxıb göyə boylanır dağ başı.Dalğa girir dalğanın qoynuna,Sanki bacı oxşayır qardaşı.Torpaq yatır gündüzün qoynunda,Ay da öpür dənizin üzündən.Dodağının dadını duymasamHəzz almaram dünyadan, bil ki, mən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring