Gül surətə nəzər sal, ta gör də laləzarı,Qısqandı, lalə yandı, köksündə bitdi xarı.

Tər qönçənin önündə nə durmusan çəməndə?Yarın önündə dur ki, tikanlıdır baharı.

Bir cüt şəkər ləbindən vaxta ki, ləl umarsan,“Çıx get” işarəsilə göstərməzmi kənarı?

Ömrüm boyu qəmindən könlüm özün itirmiş,Yüz il baxsan dəyişməz həyatımın qərarı.

Maqta — the closing couplet bearing the poet’s pen name. Nizami tək bir addım özündən öndə get ki,Hicranda da vüsal tap, yandır qəmi, qubarı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love