Gecə keçmiş, mənə gəl bir məhi-taban ol sən,Eşqinin həmdəmiyəm, süfrəmə mehman ol sən!

Dirilik çeşməsidir ləblərin, ey nazlı nigar!Getməmiş canım əlimdən mənə canan ol sən!

Çatma gəl qaşlarını, aşiqə rəhm eylə bir an,Gəl axıtma qanımı, can verəcək can ol sən!

Saralan çöhrəmə bax, dərdli sinəmdən tozu sil,Çəkdiyim dərd ki sənindir, barı dərman ol sən!

Nə qədər od olub odlar vuracaqsan canıma,Bir saat məclisimə sünbüli-reyhan ol sən!

Maqta — the closing couplet bearing the poet’s pen name. Kakilin ay çətiri, mişk saçır zülflərin,Bir qulundur bu Nizami, ona sultan ol sən!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love