Pərvanə, söndür şəmini, gəldi çiraği-canımız,Qan ağla, ey gülzar sən, açdı güli-xəndanımız!

Olmuş gecə meydan sənə, canan, mənəm qurban sənə,Gəldi ey Hindistan sənə, fəğfuri-Türkistanımız.

Bir sərvdir qəddin sənin, cənnətdə yox bərabərin,Sən bir ağa, mən nökərin, biz bəndə, sən sultanımız.

Parlar yanağın şəm tək, pərvanə yandı sübhədək,Biz təşnəyik, su ver içək, ey çeşmeyi-heyvanımız!

Maqta — the closing couplet bearing the poet’s pen name. Lütf eylə bir, ey nazənin, Nizamiyə ol həmnişin,Qət eylədin ollam sənin, bəs hardadır peymanımız?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets