Çaldı yenə qəlbimi bir gözəlin gözləri
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme.
Çaldı yenə qəlbimi bir gözəlin gözləri,Tərk eləyir canımı ruhum - onun şəhpəri.
Gül dodağın gülməsi balmı qatar qaymağa,Püstən utandırmada şərbət ilə şəkkəri.
Kirpiyini bir də çal, qəşş eləsin qoy mələk,Zülfünü at çiyninə, nalə qoparsın pəri.
Pozdu telin islamın rövnəqini, ey gözəl,Sən var ikən yox lüzum biz qınayaq kafəri.
Ah, belə bir hüsn ilə çıxsan, inan, çöllərə,Gün vurular hüsnünə, Ay da olar müştəri.
Ağlımı başdan edib açma o zəncirləri,Çin-çin edib zülfünü saçma ətir-ənbəri.
Versə ləbin azca mey, nalə çəkər çəngü-ney,Ruhum olar meypərəst, gözlər - onun sağəri.
Ah, o cəmalınla sən, lütf cəlalınla sən,Könlüm olar bəxtəvər, bir dəfə baxsan bəri.
Maqta — the closing couplet bearing the poet’s pen name. Hicrin ilə xəstədir bəndə Nizamin sənin,Əmrinə hazır durub, şad elə bir çakəri.
Kitabxana.az · https://kitabxana.az/en/works/nizami-caldi-yene-qelbimi-bir-gozelin-gozleri
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Sallanıb-sallanıb naz ilən gedən,Yarəb, bilmənəm kimin nazlı yarıdır,
Ey sərvi-səhi, sən gələli seyr ilə bağəEy sərvi-səhi, sen gələli seyr ilə bağəSər çəkmədi ər-ər,
İtirməMənim sənə sədaqətim təmizdi,sən də mənə etibarı itirmə.
Pərişan etmişəm zülfü-pərişanı, ağan camPerişan etmişəm zülfü-pərişanı, ağan cam,Pərişan etmək olmur hiç dünyam, ağan cam.