Gözəllik hər zaman oxşayır bizi,Gözümüz hər yerdə axtarır onu.Füsunkar gözəllik ruha xoş gəlirNə qədər sadəcə olsa da donu.Qəlbi təmiz olan insan gözəldir,Şəfəqlər içində cahan gözəldir...Bəzəkli nadandan ağıllı bir kəsSadə paltarda da, inan, gözəldir.Bərbəzək yaraşır qıza, gəlinə,Hər şeyin öz yeri, öz məqamı var,Bir kitab götürsə hərdən əlinə,Daha çox yaraşar əyninə paltar.Əqil, zəka olsun gözəldə gərək,Günləri mənasız gəlib keçməsin...Xeyirli işlərin başında gərək,Məzmunsuz həyatı sevib seçməsin.

Gözəl ana olsun, gözəl rəfiqəGözəl həkim olsun, gözəl mühəndis.Baxıb fərəhlənək, sevinək hər vaxtVarlığın bu gözəl nemətinə biz.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets