Yenə axşam düşdü, hava qaraldı
Yenə axşam düşdü, hava qaraldı,Ağac budağından bir yarpaq saldı,Səninlə dostluğum yarımçıq qaldı,Həsrətim, hicranım, neçin gəlmədin?
Yenə olan oldu, keçən də keçdi,Eşqin çeşməsindən könül su içdi,Yüz dostun içindən bir səni seçdi,Əziz mehribanım, neçin gəlmədin?
Mən uca başımı əyməzəm daha,Ümidlə baxıram nurlu sabaha,İnandım qəlbindən qopan bir aha,Ümidim, gümanım, neçin gəlmədin?
Kitabxana.az · https://kitabxana.az/en/works/nigar-refibeyli-yene-axsam-dusdu-hava-qaraldi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Separation
Zodlu Abdulla:**Arif məclisində, qanan yanında,
Ayağa məniDilbər, həsrətindən xəstə düşmüşəm,Hicran qoymaz duram ayağa məni.
Dəhənin ləlinə var həddən əfzun aşiqDəhənin ləlinə var həddən əfzun aşiq,Qönçəvəş yoxdu, vəli, mən kimi dilxun aşiq.
Yan İndiKönül düşdün bir gözlünün odınaÇək cəza kədər həşrədək yan indi