Şeir yazıram
Amrita Pritam
Şeir yazıram...Röyalarımın dumanlı pərdəsindənGöyün yeddi qatınıSeyr edərək mən,Axtarıram səni,Sənin şirin vüsalını,Sənin əziz xəyalını.Sərhədlər, qalalar, uca divarlarKəsib aramızı, ayırır bizi,Bu acı həqiqət belə olsa da,Ayıra bilməyir ürəyimizi.Coşqun bir arzuyla qaynayır həyat,Əmr edir həm yaşa, həm də ki, yaşat.Şeir yazıram.Ömrümün arzusu, əməli budur,Gizlin qüssələrim, böyük imanım,Eşqim, sevinclərim, arzum, gümanımŞerimin səsiylə olmuşdur aşkar,Belə vermiş tale bəlkə də qərar.Əsrimin bu böyük sədasına mənŞerimin səsini həmahəng etdim.Bu böyük dünyanın bircə sirriniEşqimə qatmaqla kamala yetdim.Ey nakam məhəbbət,Qəmli könlümüSənsən bu dünyada bircə isidən.Qanadlı nəğmə ol, məhəbbətimiCavab kimi apar uzaqlara sən,Ey məhəbbət şamı,ƏzablarımıQanımla yazılan bir şerə döndər.Zamanın nəfəsi dəysin onlara,Açılsın nəğməmlə həzin bir səhər.İstərəm dünyada bircə insanınVicdanı, namusu tapdalanmasın.Uşaqlıqdan taxıl əkib-biçəniQanlı ayağıyla cavan pöhrəniTapdayıb keçməsin düşmən ayağı;Nə yerdə, nə göydə hərbin alovuAlışıb qalxmasın, əbədi sönsünHələ bar verməmiş məhsullu çöllər,Qoymayın xaraba məzara dönsün.Qanlı ölümləri, çəkişmələriDünyada bir insan tərif etməsin.Alıb satılmasın incə gözəllik,Ayaqlar altında qalıb itməsin.Qələmin qüdrəti sınanır bu gün,Sınanır dar gündə gücü sənətin.Ümid nəğməsini yaradıram mən,Ümid nəğməsini böyük millətin.
Kitabxana.az · https://kitabxana.az/en/works/nigar-refibeyli-seir-yaziram
Use ← → keys to move, R for a random poem
More by this author
Unutmaq istəyirəm xatirələri,Dənizin səsi gəlir...
Mən sizi bir daha görə bilməsəmMən sizi bir daha görə bilməsəm,Xatirəmi əziz saxlayın, dağlar,
Dağlar, belə yüksəklərdəDağlar, belə yüksəklərdəDarıxmırmı ürəyiniz?
Quş səsləriSəhər müjdəçisi, a gözəl quşlar,Civ-civ edirsiniz nə tezdən belə?
Poems by other poets
Canım kəklik gözüm kəklikYerişin yarıma bənzər
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Genə dildar səri-kuyi bu gun yadə düşübGenə dildar səri-kuyi bu gun yadə düşüb,Dili-uftad olub uftadəvu uftadə düşüb.
Əlbəttə dili-şadə deyil kimsə qərinəƏlbəttə dili-şadə deyil kimsə qərinə,Həmta ola bilməz ona biçarə Kəminə.