Sənin acı həsrətinləİllərlə yandım, yandım.Susuz qalan çiçəklərlə,Güllərlə yandım, yandım.

Hardasan, başımın tacı,Hardasan, dərdim əlacı,Zəhər kimi acı-acıDillərlə yandım, yandım.

Sənsiz çox pərişan oldum,Tənələrə nişan oldum.Səhra kimi büryan oldum,Yellərlə yandım, yandım...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring