Alım səndən ürəyimi... düşünürəm dönə-dönə,Heyhat, ürək əldən uçur, gedib çatır bir də sənə.

Biz çörəklə duz kimiyik, can-ciyərik, bəlkə birikBaşqasına könül versəm, yeni bir can gərək mənə.

Qurbanınam, çatdır məni özün qurban bayramına,Son nəfəsdə bir fal açım baxa-baxa gözlərinə.

Sənin vüsal məçlisində dadarammı birçə noğul,Həyat adlı xəzinədən üzülməmiş bu dürdanə?

Ürəyinə tapşır, gülüm, qoy içməsin ürək qanı,Yoxsa sənin yolun dönər ürəyimdən axan qanə.

Əlim gəlməz qılıncına qılınc çalam... öz qulunam,Əmr eləsən daşıyaram... qanad ollam kəcavənə.

Maqta — the closing couplet bearing the poet’s pen name. Gözüm qan-yaş töküb silər Nizaminin izini dəQıyarammı bu yollarda tozum qona ay çöhrənə?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets