Tutdu məni eşqin, sevda məni çəkdi
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme.
Tutdu məni eşqin, sevda məni çəkdi,Hər sirrimi açdım, səhra məni çəkdi.
Verdin də qaşından bir fitnə qılıncı,Meydan məni tapdı, qovğa məni çəkdi.
Göstərmədin ülfət, şəfqət, ya məhəbbət,Sandım ki, koram, kor... röya məni çəkdi.
Üstümdə sən Ay-Gün, al qanımı tökdün,Sel gəldi də... gördün, tənha məni çəkdi.
Nəqd vəslini görməm, nisyə umar ümmid.Aldın günüm əldən, fərda məni çəkdi.
Maqta — the closing couplet bearing the poet’s pen name. Yaş tökdü Nizami o qədər gözündən,Bac istədi dürrü, dərya məni çəkdi.
Kitabxana.az · https://kitabxana.az/en/works/nizami-tutdu-meni-esqin-sevda-meni-cekdi
Use ← → keys to move, R for a random poem