Harda ki sən varsan, qəmər gərəkməz.Kimin olsan, ona şəkər gərəkməz.

Başının üstündə Ay kimi dursan.Dünyada kimsəyə səhər gərəkməz.

Mənim kabab olmuş bir ürəyim var,Daha can gərəkməz, cigər gərəkməz.

Üz göstər... Bu ümid bəsimdir, gülüm,Baxmaram Günəşə, göylər gərəkməz.

Axı əvvəl-axır görünəcəksən...Nə lazım, bu qədər dərd-sər gərəkməz.

Sən ki söz vermişdin, neçin gəlmədin,Gəlmədin... başqa bir kədər gərəkməz.

Maqta — the closing couplet bearing the poet’s pen name. Sənin xidmətində qul NizamiyəZülfündən savayı, kəmər gərəkməz.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets