Mən kiməm ki, söyləyim: eşqim mənə mehman olub.
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme.
Mən kiməm ki, söyləyim: eşqim mənə mehman olub.Dəm vurum ki, içmişik and, əhd olub, peyman olub.
Öz xudavənd hümmətilə mən qulu xoşbəxt edib,Bəzminə bəxş etdiyim nemət çörək yox, can olub.
Nur cəmalından doğubdur gecələr bayram günü,Bayrama qurban gərək... canım ona qurban olub.
Ləbi əlçatmaz... düşüb gül qədəmindən öpmüşəm,Bircə busəm yüz ilin can dərdinə dərman olub.
Açmışam dərdim-sərim, xoşbəxt gülüm xoş dinləyib,Dizimə köksün qoyub... dəstim ona yorğan olub.
Sübh - naməhrəm gəlib də... eyləyib eyşim haram,O gedərkən yığdığım həsrət, giley, hicran olub.
Maqta — the closing couplet bearing the poet’s pen name. “Ey Nizami, əlvida, mən bir daha görməm səni!”O gülüb getmiş... mənim ağlar gözüm giryan olub.
Kitabxana.az · https://kitabxana.az/en/works/nizami-men-kimem-ki-soyleyim-esqim-mene-mehman-olub
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Bu hüsnü lətafətdə yəqindir bəşər olmaz,Rüxsaruva bənzər, fələk üzrə, qəmər olmaz.
Füzulinin bir qəzəlini tərbiDərdə düşdüm əsərindən sitəmi-hicranın,Çarədən ötrü dolaşdım nərəsin dünyanın.
HandadıEy ağalar, həsrətini çəkərəm,Bu mələk mənzərim bilmən handadı.
عشق تو که در دل آتش تیز افروختدانم که به شمع سوختن او آموخت