Vaxtı gəlmiş fələyin zərləri heyrətdə olar
What is a qasida?
Qasida: a long, formal poem of praise or counsel.
Vaxtı gəlmiş fələyin zərləri heyrətdə olar,Tutular xanələri, pərdeyi-zülmətdə olar.
Gündüz ilə gecənin xətti olan ağla qaraSənlə mən əmr eləsək, görkəmi zinətdə olar.
Su sızır kürreyi-ərzin bütün ətrafından,Parlayır al Günəş altında hərarətdə olar.
Möhləti var hələ bu dövr eləyən çərxi-fələkAləmin dörd yanına seyrü-səyahətdə olar.
Nola yüngül dolanaydı başımız üstdə fələkYüngül olduqca dəyirman daha rahətdə olar.
Öküz üstündə durur çünki bizim Yer kürəsi,Hər nə tiksən dağılar, burda min afətdə olar.
Pəncələşsə fələyin şiri ilə yer öküzü,Varmı onda bu hünər, sonra müsibətdə olar.
Qorxuram xain ürəklər doludur aləmdə,Öküz üstünlük edər, şir də xəcalətdə olar.
Hər zirək quş uca bilməz bu yaşıl göylərdə,Çox göyərçin bu yaşıllıqda əsarətdə olar.
Xızr tək tərk elə Bağdadını bu dünyanın,Ayağın Dəclə üçün körpü ləyaqətdə olar.
Sən bir Allah ilə ol, aləmi sel bassa belə,Bir tükün də elə zənn etmə rütubətdə olar.
Eylə ol bircə dəfə bu fələk ümmanında,Ta ayaq lövbər olub təslimə adətdə olar.
Doğruluqla yeri ki, sərv tək azad olasan,Tərəzi arpa qədər müşk ilə nikhətdə olar.
Eylə tərpən ki, yalançı deməsinlər adına,Doğru olsan adın hər ölkədə şöhrətdə olar.
Elə rəftar elə dünyayə inandır özünü,Yalanın olsa da, dillərdə sədaqətdə olar.
Din evində Ömərin ədlini sən tazələsən,Div sənlə döyüşə nəylə cəsarətdə olar?
Əfi zümrüdə baxıb gözlərini kor eləyər,Quranı dinləyib iblis fəlakətdə olar.
Xəlil addımı ilə sən yolu təslim elə gəl,Onda quldur dəyişib düzlüyə hörmətdə olar.
Hay-haray eylə, təpik vur ki, o qafil ürəyinOylə yatmış ki, oyaq bir də qiyamətdə olar.
Qübbə olmuş çox uca, əsla səsə səs verməz,Səsini bilmə ki, Səncər səsi qüdrətdə olar.
Hər ürək ki, çəkə ah, tapmaz o, Musa odunu,Xızr tək hər su içən sanma kəramətdə olar.
Dürr verərmi acı dərya suyu içməzsə sədəf,Bir gövhər çün nə qədər qeyd ilə möhnətdə olar.
Gövhərindən bu qara rəngi qov, ey pak gövhər,Bir böcək nur saçaraq gör nə ziyafətdə olar.
Sən uçub getsən əgər yeddi sütun göylərdən,Günəşin süfrəsi ətrinlə təravətdə olar.
Fikri buymuş fələyin başını çövkan eləsin,Bədəni top edərək baş kimi xidmətdə olar.
Xidmət öyrən, kim əgər xidmətə baş qoşmuşdur,Get-gedə yüksələrək rütbədə, xidmətdə olar.
Darğa insaf eləsə, onda əmir mülkü alar.Ədl göstərsə əmir şah cəlalətdə olar.
Qan içən olma çox, aləmdə ömrün az olsun,Çox yeyən çox yaşamaz, axırı zillətdə olar.
Kömək et aləmə, aləm də sənə yar olsun,Dostun olmazsa, həyatın da fəlakətdə olar.
Sən ipək ver baramaqurdu kimi hər nə yesən,Ağzının şirəsinə şah tacı həsrətdə olar.
Elə iş gör, nəfsin ta ki, nabat şaxı ola,Nəfsini qoyma sənubər kimi şiddətdə olar.
Sən cavanlıqda çalış nəfsini öldür ki, ilanQocalıb əjdaha olduqda xəsarətdə olar.
Ta ki düşdün bu yola, hər zaman anbara dən atKi, çəmən bircə dənə otla da dövlətdə olar.
Ordu lazımsa, çörək ver, çörəyi olsa əgər,Ordu sahibi olar qarışqa, həşmətdə olar.
Dağıdıb ölkəni qan içməyi məzlumların,Aya çil düşdüyü vaxt Gün də zəlalətdə olar.
Vay o gündən ki, dura cuşə gələ məzlumlar,Hər tükün xəncər olub sənlə ədavətdə olar.
Heç kim etməz sənə insafı iki aləmdə,Təkcə insaf sənə burda zəmanətdə olar.
Bəhmənin qollarını əjdaha bölmüşdür iki,Burda heydər biləyiylə o, əziyyətdə olar.
Sən də Davud kimi nazikürək ol mumlar tək,Poladı alsan ələ, o da mum adətdə olar.
Təbin övladı əgər təbpərəst olsa nolar.Anaya körpə uşaq mehrdə, ülfətdə olar.
Üləma kuyinə yollan, yürü sən İsa tək,Fələk əmriylə darın minbər nisbətdə olar.
Bəd fal açma, keçəcək, durmayacaq ulduzlar,Burda ulduz nə edər, gör o, nə surətdə olar?
Yoxluq üstünə qədəm bas, əlini varlığa çək,Ta bu tağ altda işin daim əmanətdə olar.
Ta ki öldün, bu təbiətlə tutuşdurma, dayan,Özgə cür olsan, işin özgə əlamətdə olar.
Kim ki burda qul olub, orda o, sultan olacaq,Kim ki sərtdir burada, orda o, zinətdə olar.
Bu Günəş sabuna bənzər fələyin teştində,Ruhların paltarı ondan bu təharətdə olar.
Mən bu sabunla yudum əllərimi dünyadan,Sən yumursansa, yuma atın əziyyətdə olar.
Ey Nizami, başını dairəsindən fələyinTez çıxar, yoxsa dilin sonra şikayətdə olar.
Beş dəfə təblini döy, indi köç avazını gəz,Ta ki söz mülkü sənə bağlana, şöhrətdə olar.
Kimiyadır söz özü, bəxtin açar xəznəsini,Torpağa düşsə də o, zər kimi qiymətdə olar.
Kitabxana.az · https://kitabxana.az/en/works/nizami-vaxti-gelmis-feleyin-zerleri-heyretde-olar
Use ← → keys to move, R for a random poem
More by this author
فروزنده شبی روشنتر از روزجهان روشن به مهتاب شبافروز
Khosrow and Shirin, chapter 40فرنگیس اولین مرکب روان کردکه دولت در زمین گنجی نهان کرد
Khosrow and Shirin, chapter 41شبی از جمله شبهای بهاریسعادت رخ نمود و بخت یاری
Khosrow and Shirin, chapter 42ملک را گرم کرد آن آتش تیزچنانک از خشم شد بر پشت شبدیز
Poems by other poets · Praise
بخنده گفت، شهان را چنین کلاهی نیست
Övzai-dəhrü kari-cahanü dövrü-ruzigarÖvzai-dəhrü kari-cahanü dövrü-ruzigar,Daim təğyir ilə təbdil qılıb şüar.
QırmızıBizim bağda bir cüt sona seyr edirBaşı yaşıl, ayaqları qırmızı
MəniYar cövri-cəfanı artırır nədənGördükcə bu qədər mehriban məni?