فروزنده شبی روشن‌تر از روزجهان روشن به مهتاب شب‌افروز

Gündüzdən işıqlı, aydın bir gecə...Aləm nurlanmışdı ay görününcə.

شبی باد مسیحا در دماغشنه آن بادی که بنشاند چراغش

Əsirdi ruh verən sərin bir külək,Əsirdi çırağı söndürməyərək.

ز تاریکی در آن شب یک نشان بودکه آب زندگی در وی نهان بود

Burda qaranlıqdan var bircə nişan,Həyat suyu olmuş o yerdə pünhan.

سوادی نه بر آن شب‌گون عماریجز آن عصمت که باشد پرده‌داری

O qara çadırda ismətdən qeyriQoruyan yox idi nazlı dilbəri.

صبا گرد از جبین‌ِ جان زدودهستاره صبح را دندان نموده

Səba könüllərdən tozu silmişdi,Ulduzlar səhərə qıcanmış dişdi.

شبی بود از در مقصود‌جوییمراد آن شب ز مادر زاد گویی

Qapıydı o gecə hər bir arzuya,Murad doğulmuşdu o gecə guya.

ازین سو زهره در گوهر گسستنوز آن سو مه به مروارید بستن

Gövhərin sapını qırırdı Zöhrə,Mirvari yığırdı ay sədəflərə.

زمین در مشک پیمودن به خروارهوا در غالیه سودن صدف‌وار

Yer müşk ölçmədəydi hey dayanmadan,Hava da olmuşdu bir ətir satan.

ز مشک‌افشانی‌ِ باد طرب‌ناکعبیرآمیز گشته نافهٔ خاک

Müşk paylayırdı ətrafda yellər,Yerin də göbəyi saçırdı ənbər.

دماغ عالم از باد بهاریهوا را ساخته عود قماری

Yayıldı aləmə bahar nəsimi,Ətirləndi bütün hava ud kimi.

سماع زهره شب را در گرفتهمه یک هفته نصفی برگرفته

Zöhrə nəğmə deyib salmışdı haray,Yarı tutulmuşdu bir həftəlik ay.

ثریا بر ندیمی خاص گشتهعطارد بر افق رقاص گشته

Həmsöhbət olmuşdu ülkər nədimtək,Ütarid üfüqdə rəqs edirdi tək.

جرس‌جنبانی‌ِ مرغان شب‌خیزجرس‌ها بسته در مرغ شب‌آویز

Gecə quşlarına olmaqçün rəhbərBoynundan zəng asdı tez şəbpərələr.

دد و دام از نشاط دانهٔ خویشهمه مطرب شده در خانهٔ خویش

Toxluqdan zövq alıb quşlar sevindi,Çalıb oxuyurdu yuvada indi.

اگر چه مختلف آواز بودندهمه با ساز شب دم‌ساز بودند

Müxtəlif olsa da o səslər bütün,Gecənin sazıyla gəlirdi düzgün.

ملک بر تخت افریدون نشستهدل اندر قبلهٔ جمشید بسته

Firidun təxtinə əyləşdi Sultan,Cəmşid qibləsinə bağladı iman.

فروغ روی شیرین در دماغشفراغت داده از شمع و چراغش

Şirinin üzündən işıq alaraq,Şah yandırmamışdı başqa bir çıraq.

نسیم سبزه و بوی ریاحینپیام آورده از خسرو به شیرین

Reyhanın ətrilə o əsən yellərXosrovdan Şirinə yetirdi xəbər.

کزین خوش‌تر شبی خواهد رسیدن؟و زین شاداب‌تر بویی دمیدن؟

Bu gecədən daha xoş gecə gəlməz.Bu iydən daha xoş bir iy yüksəlməz.

چرا چندین وصال از دور بینیماگر نوریم تا در نور بینیم

Neçin uzaq qalsın vüsal bu qədər?Qovuşaq nur kimi nuruqsa əgər.

و گر خونیم خونت چون نجوشدو گر جوشد به من‌بر چند پوشد

Qan biriksə neçin cuşa gəlmirsən?Coşursansa neçin bəs görmürəm mən?

هوایی معتدل‌، چون خوش نخندیم‌؟تنوری گرم‌، نان چون در نبندیم‌؟

Xoş havadır, nədən gülməyək gərək?İsti təndir varkən yapmayaq çörək?

نه هر روزی ز نو روید بهارینه هر ساعت به دام آید شکاری

Hər gündə göyərməz yeni bir bahar,Hər saatda düşməz tələyə ovlar.

به عقل آن به که روزی خورده باشدکه بی‌شک کارِ کرده کرده باشد

Yaxşısı budur ki, ruzunu yeyək,Görülməli bir iş görülsün gərək.

بسا نان کز پی صیاد بردندچو دیدی‌، ماهی و مرغانش خوردند

Çox ovçu: "Özümə qismətdir" dedi,Gördün çörəyini qurd-quşlar yedi.

مثل زد گرگ چون روبه دغا بودطلب من کردم و روزی تو را بود

Qurd dedi tülküyə: "Sən işə bir bax,Mən axtarıb tapdım, sən yedin ancaq!"

ازین فکرت که با آن ماه می‌رفتچو ماه آن آفتاب از راه می‌رفت

Şahın ay haqqında bu dedikləriGünəşi salırdı yolundan geri.

دگر ره دیو را دربند می‌داشتفرشته‌ش بر سر سوگند می‌داشت

Ehtiras divini boğub o andaQız sadiq qalmışdı içdiyi anda.

ازین سو تخت شاهنشه نهادهوشاقی چند بر پای ایستاده

Bir yanda taxtında şah oturmuşdu,Qullar ayaq üstə səf-səf durmuşdu

به خدمت پیش تخت شاه شاپورچو پیش گنج بادآورد گنجور

Taxt önündə Şapur dayanmışdı tək,"Gənci-badavərd"in xəznədarıtək,

و زان سو آفتاب بت‌پرستاننشسته گرد او ده نار‌پستان

Bütpərəst günəşi yanda durmuşdu,On narməməli qız dövrə vurmuşdu.

فرنگیس و سهیلِ سروبالاعجب‌نوش و فلک‌ناز و همیلا

Firəngiz, sərv boylu gözəl Süheyla,Əcəbnuş, Fələknaz, bir də Hümeyla,

همایون و سمن‌ترک و پری‌زادختن‌خاتون و گوهر‌مُلکِ دلشاد

Hümayun, Səməntürk, nazlı Pərizad,Xütənxatun, bir də Gövhərmülk dilşad.

گلاب و لعل را بر کار کردهز لعلی روی چون گل‌نار کرده

Gülab və ləl rəngli mey işə düşdü,Pərilər mey içib xeyli gülüşdü.

چو مستی خوان شرم از پیش برداشتخرد راه وثاق خویش برداشت

Sərxoşluq həyanı qaçıran zamanAğıl baş götürüb çıxdı aradan.

ملک فرمود تا هر دل‌ستانیفرو گوید به نوبت داستانی

Xosrov buyurdu ki: "Hər ürək çalanNövbətlə söyləsin bir yeni dastan."

نشسته لعل‌داران قصب‌پوشقصب بر ماه بسته لعل بر گوش

O zərbəf köynəkli, ləl bəzəklilərAya ipək salmış, qulağa gövhər.

ز غمزه تیر و از ابرو کمان‌سازهمه باریک‌بین و راست‌انداز

Qəmzələr bir oxdu, qaşlar kamandı,Hamısı düz seçib, yaxşı atandı.

ز شکر هر یکی تنگی گشادهز شیرین بر شکر تنگی نهاده

Hər biri açmışdı bircə yük şəkər,Şəkəri Şirinə tüng etmişdilər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets