Əyildi bel bu çəməndə qocalıqdan nə təhər
What is a qasida?
Qasida: a long, formal poem of praise or counsel.
Əyildi bel bu çəməndə qocalıqdan nə təhər,Bu gün həyat budağından deyin, görüm nə bəhər?
Nə kölgə var ağacımda, nə turş bir meyvə,Tökübdü meyvəsini yelləriylə hadisələr.
Bu əyri qədli fələklər qazır məzar mənə,Bəyazı saçlarımın eylər əcəl haqda xəbər.
Həmişə nafə verər müşki-tər amma nə əcəb,Doğuldu nafə mənim müşki-tərimdən bu səfər.
Ağızda düz iki sap inci, gövhərim vardı,Zəmanə zülmü dağıtdı, töküldü o gövhər.
Dağıtdı mücrüdəki gövhərimi ulduz təkGələndə qəm şərqindən yeni ulduzlu səhər.
Yetişdi ömr sona, istəyirəm bayquş təkFənaya doğru bu virandan edim mən də səfər.
Əyildi qədd, başım torpağa mail oldu,Mənəm ismət bağının tingi ki, xoş meyvə verər.
Əyildim eyləməyim üstümü qan ilə ləkə,Gözümlə qan saçıram qanə boyandıqca cigər.
Ağardı saç, başıma sanki qalın qar yağdı,Vücud çardağı uçmaqla görrəm indi xətər.
Başında bir qalanın qar olarsa su tökülər,Odur ki, yaş axıdır bax bu nigaran gözlər.
Zəiflik öylə edibdir, sürüyüb kölgə kimiÇəkərsə kimsə əgər yerlə, məndə görməz əsər.
Cahanda kimsə məni ondan ötrü yad etmir.Bu halla söylə, zəif bir vücud nə yadə düşər?
Əyildi qədd kaman tək cahanda gör nə sayaq,Çəkindi tiri-əcəldən, önündə tutdu süpər.
Səmayə doğru necə ruhum eyləsin pərvaz?Bu qəmli, alçaq olan yerdə sındı balü pər.
Ümid meyvəsini tökdü cahan bağında.Dağıtdı hər tərəfə hər dəm o daşlar, yellər.
Tökəndə meyvəsini dik dayanar daim ağac,Əyildi qamətimin tingi ta ki, tökdü səmər.
Yox oldu baş iki çiynim içində biryolluq,O, əcəl xəncərinin qorxusundan etdi həzər.
O dostlar eşqi ilə hey bu zəif gözlərdənSüzüldü çöhrəmə yaş, çünki gəldi vəqti-səfər.
Zəiflik aldı məni, hüzn evində yurd saldım,Dedim ki, astanadan keçmə çətinlik törədər.
Mənəm bu səhfədə son kəlmənin axır hərfi,Nə məna məlumum oldu, nə də ki, bəlli cər.
Bayazı fərq eləmir gözlərim qaradan heç,Yanağım Ay ilə Gün tək əgərçi şölə çəkər.
Keçibdir ömr, həyatım günahə sərf olmuş,Odur ki, gördü xəcalətli məni bu ellər.
Düşübdür əllərimə əsməcəli titrətmə.Sevinc badəsini burda nuş edim nə təhər?
Qonaqdır indi yanımda əcəl, nə çarə edim?Həyatdan özgə şeyi məndən istəmirsə əgər?
Şirinlik almadı ağzım həyatda bir ləhzə,Südümlə şəkkərim ağzımda daddı təkcə zəhər.
Həyat mənzilinə indi vida eyləyirəm,Əyildi qədd, məni ağuşa çəkmək istər.
O qədər düşmüşəm əldən ki, hər an qorxuludur,Bədəndə üzvlərim parçalanıb özgələşər.
Mühasib əlləri tək mən yıxıla-qalxa daha,Təəccüb eylə ki, illər sayıram şamü-səhər.
Bu bağın istəmirəm abü-həvasıyla olam,Yetişdi Xızr suyu, İsa dəmindən də zərər.
Gözümdən axdı bulud tək sular həsrətdən,Cavanlıq ötdü yaman tez, dalınca qaldı nəzər.
Cavanlıq itdi əlimdən, yox oldu yollarda,Bu əyri qəddim ilə göz onu yerlərdə gəzər.
Etimad eyləməsəm kölgə kimi divarə,Bu halda durmağa hardan tapılar məndə təpər?
Ətirlə, rəng ilə aldatdı məni tifil kimi,Zəmanə aldı mənim gəncliyimi burda hədər.
Sevinc mülkü verir müjdə eyş-işrətdən.Qulaqda ağ tüküm amma yetirdi özgə xəbər.
Cahanda hey yıxıla-qalxa ruzi axtarıram,Ağıl deyir ki, qarışqa necə gör danə çəkər?
Zəmanə hadisələr daşını yağdırdı yaman,Nə qədər qoydu qala çərx məndə, nə gövhər.
Hünərlə fəzlimi hər eyb gəzənlər dandı,Betərdir onlara hər eybdən indi bu hünər.
Mənim ki qəlb evimi nurə qərq edib ürfan,Bu əyri qəddimi etmiş özünə halə qəmər.
Həmişə düşdü düyün işlərimə minlərlə,Bu yolda hansı cəhətdən üzümə bəxt gülər?
Bu dövr gülşəni içrə məni bax yıxmaq üçünAyağım üstünə göylər həmişə balta çəkər.
Cahanda yox xəbərim surət ilə mənadan,Könüldə, gözdə görünmür bunlardan əsla əsər.
O qədər var günahım, hətta cəhənnəm əhliYanında görsə məni tez durub kənar gəzər.
Günah bağçasının əyri qədli tingi mənəm,Zəmanə hey qurudur, yandıra məhşərdə məgər.
Həmişə səhv, xəta hərfi, kəlməsi ancaqQələmlə yazdı qəza səhfə-səhfə hökm, qədər.
Bu hərfi silsə silər gözdən axan tövbə yaşı,Qəzayə tabe deyildir nə fayda burda qədər.
Bu yerdə hökm qəzanındır, əlimdən nə gəlir?Keçirsə hər nə xəyaldan, mənəm ondan da betər.
Günahla ömrü keçirdim məni kim öldürsə,Ağıl müftisi eylər qanımı burda hədər.
Odumla cuşə gələr çərxi-fələk ümmanıZəbanə çəksə əgər köksüm altda atəşlər...
Kitabxana.az · https://kitabxana.az/en/works/nizami-eyildi-bel-bu-cemende-qocaliqdan-ne-teher
Use ← → keys to move, R for a random poem
More by this author
For a moment, oh master who art garbed in trailing robes, throw away the whole world.Do not injure, be the comfort of the afflicted. For an hour, leave thy greatness behind.
The Treasury of Mysteries, chapter 25One day, when Solomon was at liberty, his breath blew out a candle.He transferred his court to the country. He set up his throne on this turquoise realm.
The Treasury of Mysteries, chapter 26Oh thou, who hast thrown down the shield of courage, thy refuge in alienation is thy demon.Thou art proud of an empire which has no permanence. Thou livest but with a transitory life.
The Treasury of Mysteries, chapter 27An old woman suffered injustice; she laid hold on the skirt of Sanjar,Saying: “Oh king, I have seen little of thy justice, and all the year long I have suffered thy tyranny.