Allah, Allah, bax bu cür dilbər mənim olsun gərək.
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme.
Allah, Allah, bax bu cür dilbər mənim olsun gərək.Zülmətə atəş saçan gövhər mənim olsun gərək!
Aləmi odlandırır şəkkər ləbinlə ud xalın,Udla bir şəkkər səpən məcmər mənim olsun gərək.
Duzda dad, ləzzət olar, amma şirinlik, heyf, yox!Həm şirin, həm duzlu bir şəkkər mənim olsun gərək.
Hazıram nuş etməyə cüt aləmi bir badədə,Saqim ol ki, sən verən sağər mənim olsun gərək.
Müşk zülfün ətrini saçmaqdadır dünyalara,Ah, bu cür xoş rayihə, ənbər mənim olsun gərək!
Maqta — the closing couplet bearing the poet’s pen name. Zülfünə quldur Nizami, nə deyir zülfün ucu:“Bax bu cür sadiq nökər, çakər mənim olsun gərək!”.
Kitabxana.az · https://kitabxana.az/en/works/nizami-allah-allah-bax-bu-cur-dilber-menim-olsun-gerek
Use ← → keys to move, R for a random poem