چو ختم سخن قرعه بر شاه زدسخن سکهٔ قدر بر ماه زد

Məclisi xətm etmək məqamı çatdı,Şah sözün qədrini Aya ucaltdı.

سکندر که خورشید آفاق بودبه روشن‌دلی در جهان طاق بود

Aləmə günəşdir böyük İskəndər,Sinəsi nur dolu bir bağa bənzər.

از آن روشنی بود کان روشنانبرو انجمن ساختند آنچنان

Dövrəyə alaraq şah İskəndəri,İşığa gəlmişdi nur aşiqləri,

چو زیرک بود شاه آموزگارهمه زیرکان آرد آن روزگار

Müdrik olar isə, əlbət, hökmüdar,Onun ölkəsində müdrik çox olar.

چو شه گفتِ آن زیرکان گوش کردجداگانه هر جام را نوش کرد

Alimlər deyəni bir-bir eşitdi,Hər camı ayrıca alıb nuş etdi.

بر آن فیلسوفان مشکل‌گشایبسی آفرین تازه کرد از خدای

Həmin alimlərə əvvəl İskəndərAllahdan dilədi çox afərinlər,

پس آنگاه گفت ای هنر پرورانبسی کردم اندیشه در اختران

Sonra söylədi ki: "Ey alimlər, mənKainat sirrini xeyli dərindən

برآنم که اینصورت از خود نرستنگارنده‌ای بودشان از نخست

Düşündüm, boş, əbəs deyil bu surət,Əzəldən onu bir çəkən var, əlbət!

نگارنده دانم که هست از دروننگاریدنش را ندانم که چون

Bilirəm, gizli bir rəssam var, ancaqBilmirəm bunları çəkmiş nə sayaq?

ز چونکردِ او گر بدانستمیهمان کاو کند من توانستمی

Bilsəydim bunları necə xəlq etmiş,Mənim də əlimdən gələrdi bu iş.

هر آن صورتی کاید اندر ضمیرتوان کردنش در عمل ناگزیر

Düşüncə qavrasa bir şeyi əgər,Şübhəsiz, özü də onu düzəldər.

چو ما لوح خلقت ندانیم خواندتجسس در او چون توانیم راند ؟

Xilqətin sirrini kəşf etməmiş bizTədqiqə çatarmı heç qüdrətimiz?

شما کاسمان را ورق خوانده‌ایدسخن بین که چون مختلف رانده‌اید

Göylərə: yazılı vərəq dediniz,Ayrı cür oxudu fəqət hərəniz.

از این بیش گفتن نباشد پسندکه نقش جهان نیست بی نقش‌بند

Dünyanın nəqşini bir nəqş edən var,Bundan artıq demək mənasız olar!"

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets