فلاطون که بر جمله بود اوستادز دریای دل گنجِ گوهر گشاد

Əflatun, o ustad, qəlbini açdı,Dəniztək gövhərlər, dürrlər saçdı:

که روشن‌خرد پادشاهِ جهانمباد از دلش هیچ رازی نهان

"Aydın düşüncəli dünya şahındanDünyada heç bir sirr qalmasın nihan.

ز دولت به هر کار یاریش بادگذر بر رهِ رستگاریش باد

Bəxti hər bir işdə ona yar olsun,Qurtuluş yolunda daim var olsun!

حدیثی که پرسد دل پاک اوبگوییم و ترسیم از ادراک او

Şahın sorduğunu deyərik şəksiz,Amma idrakından çəkinirik biz.

ز حرف خطا چون نداریم ترس؟که از لوح نادیده خوانیم درس

Heç yoxdur qorxumuz yanlış sözlərdən.Çünki bəhs edirik naməlum yerdən.

در اندیشهٔ من چنان شد درستکه ناچیز بود آفرینش نخست

Düşünüb mən belə verirəm qərarKi, yoxdan yaranmış bütün varlıqlar!

گر از چیز چیز آفریدی خدایازل تا ابد مایه بودی به جای

Vardan yaratsaydı varı yaradan.Əbədi qalardı mayə hər zaman.

تولد بود هر چه از مایه خاستخدایی جدا کدخدایی جداست

Mayədən doğurmaq - yaratmaq deyil.Kəndxuda başqadır, xuda başqa, bil!

کسی را که خواند خرد کارسازبه چندین تولد نباشد نیاز

Bir kəs ki, əql ona ad verib: Qadır,Özü bildiyini özü xəlq edir.

جداگانه هر گوهری را نگاشتکه در هیچ گوهر میانجی نداشت

Ayrıca yaradıb o, hər gövhəri,Vasitə olmayıb burda digəri.

چو گوهر به گوهر شد آراستهخلاف از میان گشت برخاسته

Hər gövhər bəzənib kəmala yetdi,Ortadan ixtilaf, ziddiyyət getdi.

از آن سرکشان مخالف‌گرایبدین سروری کرد شخصی به پای

Bu zidd qüvvələri bir yerə qatdı,Ağıllı, hünərli insan yaratdı.

اگر گیری از پر موری قیاستوان شد بدان عبرت ایزدشناس

Bircə qarışqanın qanadında sənTanrı qüdrətini görə bilərsən!"

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets