Dinlədi harda könül yarımızın söhbətini,Əl atıb cırdı həmən paltarını, xələtini.

Laübali kimi məqsəd güdərək satdı özün,Aldı can nəqdi verib, nazlı, şirin afətini.

Mənə gəl eylə vəfa, söylədim, heç eyləmədin,Almadın sayə nədən, söylə, ürək söhbətini?

Şadlığın balü pərin böylə neçin sındırdın?O qanadlarla könül uçdu, tapıb şöhrətini.

Maqta — the closing couplet bearing the poet’s pen name. Sən Nizamiyə ki, xətt çəkməmisən, nazlı nigar!O bütün dostlara xətt çəkdi, qırıb ülfətini.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love