Əziz elçi, könül yarı necədir?Mən bimarın o nigarı necədir?

Gözəlliyi, məlahəti qalırmı?Nə eləyir, işi, karı necədir?

Söylə, əmlik ahumuzun nərgizi,Sünbülləri, çəmənzarı necədir?

Bulağından su içmişdir şəkərin,Guşəsində laləzarı necədir?

Dost tutanı o yad saydı, könlümünDüşmən olan dostu, yarı necədir?

Gecə-gündüz mən atəşdə yanıram,Şux mələyin abidarı necədir?

Qan içməkdə yox nöqsanı zərrəcə,Peşimanmı, söylə barı, necədir?

Bircə dəfə uf demədi ömründə,Aşüftəhal yar qərarı necədir?

Maqta — the closing couplet bearing the poet’s pen name. Yar qəmindən Yəqub oldu Nizami,Əsrin Yusif şəhriyarı necədir?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love