Ömrün boyu hal tutmağa sən etmədin adət,Ey kaş tapasan halımızı sormağa fürsət.

Mən tək neçə xırmanı yanan var qəmin ilə,Şəfqət eləməkçün edirik min dəfə minnət.

Bütxanədə, həm Kəbədə sənsən bizə məbud,Hər yerdə seninçün edirik, bil ki, ibadət.

İncirsən əcəb ki, səni mən seyrə dalanda,Sən də baxıb əğyara mənə vermə əziyyət.

Maqta — the closing couplet bearing the poet’s pen name. Yüzlərlə qəzəl söylədi mədhində Nizami,Daş qəlbin əcəb eyləmədi onlara rəğbət.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets