Mümkünmüdür məni qurban edəsən?Dərdlərimi görüb dərman edəsən?

Göz yaşımla islanmadan bədənim,Al qanıma məni qəltan edəsən?

Ürək demə, artıq əldən vermişəm,Ona çarə özün, canan, edəsən!

Zəif ovam, saxla məni, öldürmə,Heç dəyərmi məni qurban edəsən?

Göz dikmişəm dodağının şəhdinə,Ümid var ki, bir gün mehman edəsən.

Maqta — the closing couplet bearing the poet’s pen name. Bəlkə vurub ləblərinə möhrünü,Nizamini bir Süleyman edəsən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets