Dərd başdan aşıb da canə yetdi,
Naləm odu asimanə yetdi.

Çəksən də ətək, mən üzmərəm əl,
Qəm neştəri üstüxanə yetdi.

Gizlətmək olarmı heç cahandan,
Sirrim o biri cahanə yetdi.

Düşdü bu mələr könül dalınca,
Yalnız ahı karivanə yetdi.

  • Gözlə, səninəm, döz, ey Nizami,
    Vəd etdin... ömür son anə yetdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets