محمد که بی‌دعوی تخت و تاجز شاهان به شمشیر بستد خراج

Nə bir taxt istədi Məhəmməd, nə tac,Qılıncla çox aldı şahlardan xərac.

غلط گفتم آن شاه سدره سریرکه هم تاجور بود و هم تخت‌گیر

Yox, yox, səhv elədim, o böyük nəbiHəm taxt sahibiydi, həm tac sahibi.

تنش محرم تخت افلاک بودسرش صاحب تاج لولاک بود

Onun taxtı idi bütün bu əflak,Başının müqəddəs tacıydı "lövlak".

فرشته‌نمودار ایزد‌شناسکه مارا بدو هست ز ایزد سپاس

Mələk simalıydı, allahtanıyan,Bizə də allahı o verdi nişan.

رساننده ما را به خرم‌بهشترهاننده از دوزخ تنگ زشت

Bizləri cənnətə odur aparan,Cəhənnəm odundan odur qurtaran.

سپیده‌دمی در شب کایناتسیاهی‌نشینی چو آب حیات

Parlayıb nur saçdı bu kainatda,Bənzərdi Zülmatda abi-həyata.

گر او بر نکردی سر از طاق عرشکه برقع دریدی برین سبز فرش‌؟

Uca qalxmasaydı ərşin tağından,Kimdi kainatın sirrini açan?

ره انجام روحانی او دادمانره آورد عرش او فرستادمان

Mənəvi bir töhfə o verib bizə,Ərşin sovqatını göndərib bizə.

نیرزد به خاک سر کوی اوسر ما همه یک سر موی او

Yolunun torpağı olan başımızDəyməz başındakı bir tükə yalnız.

ز ما رنجه و راحت اندوز ماچراغ شب و مشعل روز ما

Bizim halımıza qəlbdən yanaraqGündüz günəş oldu, gecələr çıraq.

درستی‌ده‌ِ هر دلی کو شکستشفاعت کن هر گناهی که هست

Hər sınıq ürəyin odur pənahı,Odur bağışladan hər bir günahı.

سرآمدترین همه سرورانگزیده‌ترِ جمله پیغمبران

Dahidir, böyükdür o dahilərdən,Üstündür, yüksəkdir hər peyğəmbərdən.

گر آدم ز مینو درآمد به خاکشد آن گنج خاکی به مینوی پاک

Cənnətdən torpağa gəldisə edəm,O qoydu torpaqdan cənnətə qədəm.

گر آمد برون ماه یوسف ز چاهشد آن چشمه از چاه بر اوج ماه

Aytək çıxdı Yusif quyudan əgər,Nur saçdı quyudan o, aya qədər.

اگر خضر بر آب حیوان گذشتمحمد ز سرچشمهٔ جان گذشت

Xızra abi-həyat oldusa qismət,Həyat çeşməsindən keçdi Məhəmməd.

وگر کرد ماهی ز یونس شکارزمین‌بوس او کرد ماهی و مار

Yunisi uddusa balıq bir zaman,Ona səcdə etdi balıqla ilan.

ز داود اگر دور درعی گذاشتمحمد ز دراعه صد درع داشت

Davuddan yadigar tək bir zireh var,Məhəmməd yüz zireh qoyub yadigar.

سلیمان اگر تخت بر باد بستمحمد ز بازیچه باد رست

Süleymanın taxtı getdisə bada,Məhəmməd əbədi qaldı dünyada.

وگر طارم موسی از طور بودسراپردهٔ احمد از نور بود

İsanın beşiyi göyə qovuşdu,Məhəmmədsə özü göylərə uçdu.

وگر مهد عیسی به گردون رسیدمحمد خود از مهد بیرون پرید

Tur dağı Musaya oldusa eyvan,Məhəmmədin qəsri yarandı nurdan.

زهی روغن هر چراغی که هستبه دریوزه شمع تو چرب‌دست

Şəminin önündə durub çıraqlar,Səndən işıq istər, səndən pay umar.

تو آن چشمه‌ای کاب تو هست پاکبدان آب شسته شده روی خاک

Şəffaf bir çeşməsən, təmiz bir bulaqÖzünü suyunla yuyub bu torpaq.

زمین خاک شد بوی طیبش توییجهان درد زد شد طبیبش تویی

Bu quru torpağın sədası sənsən,Bu xəstə dünyanın şəfası sənsən.

طبیب بهی روی با آب و رنگز حکم خدا نوشدارو به چنگ

Həkimsən, aydındır düşüncən, zəkan,Əlində allahın hökmü bir dərman.

تویی چشم روشن‌کن خاکیاننوازندهٔ جان افلاکیان

Məxluqun gözünə sən işıq verdin,Göydə mələklərə yaraşıq verdin.

طراز سخن سکهٔ نام توستبقای ابد جرعهٔ جام توست

Adın möhür kimi sözə ziynətdir,Camından hər qətrə əbədiyyətdir.

کسی کو ز جام تو یک جرعه خوردهمه ساله ایمن شد از داغ و درد

Ondan bircə udum içərsə hər kəs,Dünyada dərd bilməz, əziyyət bilməz.

مبادا کزان شربت خوشگوارنباشد چو من خاکیی جرعه‌خوار

Elə et ki, olsun o dadlı şərbətBu yazıq bəndəyə - mənə də qismət.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets