Kimdir deyil, deyirsən, indi cahanda bədbəxt?Bir yermi var ki, orda yaymaz fələk əsarət?

Ziynət verib, de, harda bir taleyə gəlin tək,Bu ayinəyə bənzər, doqquz üzüklü xilqət?

Aləm bu isə, gördük, yoxdur onun üzündəBir zərrəcə sədaqət, bir zərrə nur, şəfqət.

Dərdi, qəmi nə varsa fərz eylə olmayıbdır,Öylə düşün ki, yoxdur aləmdə böylə möhnət.

Bəslər fələk göbəkdə müşk ilə ənbər, ancaq,Ta sıxmayınca olmaz onda elə lətafət.

Müşk ilə doldurarsa dövranı bu zəmanə,Var müşkünün üzündə mütləq qandan işarət.

Maqta — the closing couplet bearing the poet’s pen name. Tərk eylə bu cahanı, bəsdir daha, Nizami,Bu əqrəbdən bu tasda sən gözləmə səadət.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Fate