Qoy sənə söyləsin, gözəl, aşiq öz hali-zarını
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme.
Qoy sənə söyləsin, gözəl, aşiq öz hali-zarını,Danlayasan bəlkə sən öz gözlərinin xumarını.
Sərzəniş eyləmə ona, valeh olarsan anbaan,Görsən əgərçi güzgüdə ay kimi öz üzarını.
Qoyma fərağı tərk edə, hicrinə öyrəşib könül.Qoymamış o, sənə yaxın ahi-şərər nisarını.
Arxalanan zaman sənə sevgilini unutma gəl,Qoyma ki, ayrı ünvana çəksin o, rəxtü-barını.
Yusifi-qəlbi salmısan çahi-zənəxdə zindana,İndi kömək qolun salıb çıxar o dilfikarını.
Nafə kimi qanım donar camalına səpəndə sən,Könüllərə ətir saçan o zülfi-müşkbarını.
Üzrünə dil açan zaman lal olur aşiqin, inan,Lütfünün ixtiyarına verib öz ixtiyarını.
Maqta — the closing couplet bearing the poet’s pen name. Oldu Nizami qul sənə, əmrinə müntəzir durubƏhdə vəfa edib ona göstər öz etibarını.
Kitabxana.az · https://kitabxana.az/en/works/nizami-qoy-sene-soylesin-gozel-asiq-oz-hali-zarini
Use ← → keys to move, R for a random poem