Sən hələ, bax, nocavansan, mən dəyişdim çox yaman,Sən gözəlləşdin, mənimsə gəncliyimdən yox nişan.

Sən kimi bir nobaharla sanma təğyir eyləməz,Bağü bağçam, hər nə var soldurdu bir badi-xəzan.

Sən Xəlilsən, mən odam, qarşında neçin sönməyim?Mən ölüm, sən arzun tək ömr elə hər bir zaman.

Sən şikəst sandın məni, düzdür, şikəstəm, bəndəyəm,Sən bilən qəlbdir bu qəlb, sən gördüyün candır bu can.

Sən bizi fərmanla yox, insafla dindir, sevgilim,Lütfünə, insafına yalnız özünsən hökmran.

Maqta — the closing couplet bearing the poet’s pen name. Qulluğunda qul kimi durmuş Nizami, rəhm elə,Hər iki dünyadə könlüm səndən olsun kamiran.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets