Yenə tövbə evimi eşq xərab etmədədir,Aşiq iftarını sevda meyi-nab etmədədir.

Könlümə bir mələyin sevgisi od saldı, adı,Günü də, Zöhrəni də göydə sərab etmədədir.

Onun eşq atəşi hər qəlbə girər, amma nədən,Tək mənim qəlbimi atəşdə kəbab etmədədir?

Gözlərin baxdı mənə, söylədi: səbr et, səninəm,Doğrusu, səbr edərəm, ömr şitab etmədədir.

Ahu gözlüləri yatmış zaman ovlar ovçu,Ömr röyadə şikar olmağa tab etmədədir.

Məsləhətdir, məni qovmaqdan isə versin əzab,Yar bunu yaxşı düşünmüşdür, əzab etmədədir.

Maqta — the closing couplet bearing the poet’s pen name. Gər Nizamini xəta isə həlak etdirmək,Aşiqəm, yar məni öldürsə səvab etmədədir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love