Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz,Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz!

Sənin ol cəlb eləyən vəslinə and içdim, inan,Hicrinə yandı canım, yox daha taqət sənsiz!

Başqa bir yarı necə axtarım, ey nazlı mələk,Bilirəm, sən də dedin: “Yox yara hacət sənsiz!”

Sən mənim qəlbimə hakim, sənə qul oldu könül,Sən əzizsən, mən ucuz, bir heçəm, afət, sənsiz!

Nə gözüm var - arayım mən səni, bəxtim də ki yox,Nə də bir qaçmağa var məndə cəsarət, sənsiz!

Maqta — the closing couplet bearing the poet’s pen name. Sən Nizamidən əgər arxayın olsan da gülüm,Gecə-gündüz arayıb, olmadı rahət sənsiz!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation