Ala gözlü, nə durubsan qarşıda,Səni görüb könlüm ahü zar eylər.Salıb cəsədimi yandırdın oda,El görər bizləri, səngisar eylər.

Sürahi gədənin sərvi-rəvandı,Hər qıya baxışın min nahaq qandı.Sədrin çəməngahı mənə dərmandı,Sağaldar mərizi, xub rəftar eylər.

Səni gördüm, nələr düşdü yadıma,Dərdim desəm, kimlər yetər dadıma?Vəfasızlıq uymaz mənim adıma,Novrəs İman hər vaxt düz ilqar eylər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets