Almaniya hökuməti Rur üsyanlarını yatırmaq üçün Fransadan yardım tələb edib deyir: biz 71-ci ildə Paris kommunasını məhv etdik.

Ol gün Parijin işçisi tufan qoparırdı.
Məğlub edərək sərvəti üsyan qoparırdı,
Ol gün ki, sizin mülkdə qopmuşdu qiyamət,
İş fəhləyə keçmişdi yıxılmışdı hökumət,
Ol gün ki, qızartmışdıla Sen nəhrini qandan
Alman sizi qurtardı bu dəhşətli zamandan.
Nems ordusu hər səmti yaxıb yıxdı sərasər
Bizdəndi ki, Versaldakılar çıxdı müzəffər.
Dəhşət saçaraq heykəli-hürriyyəti yıxdıq,
Bir gündə girib şəhrə kommunanı dağıtdıq
İmdisə əzib ondakı qatilləri dövran
İşlər dəyişib sizlərə məğlub olub alman
Bir az daha lakin böyüsə Rurdakı tə’til
Hər yerdə qiyam eyləsə nems işçisi təkmil
Axır bu çürük əyri hökumət bizə qalmaz
Biz məhv olarız, sizlərə də bir qəpik olmaz.
Üsyan böyüsə, qursa əgər fəhlə hökumət,
Ondan sora bişək yetişər sizlərə nöbət,
Ən yaxşısı əvvəl verəlim əl-ələ birdən
Qeyrət edəlim, qaldıralım fəhləni yerdən.
Heç bir nəfərə vermiyəlim dinməyə imkan
Burnu əzilib fəhlələrin, etməsin üsyan,
Qatil kapital bir-birinə olsa da düşmən
Fəhlə işi gəldikdə biriz həp neçə sən, mən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Böyük quruluşda

(Səkkiz pərdəli dram əsəri)*Əsərdə iştirak edənlər

1 min
Birinci pərdə

Səhnə. Kaspi dənizinin kənarıdır. Ay çıxır, pərdə açılmadan uzaqdan avtomobil motorunun səsi eşidilir. Pərdə qalxarkən bir maşın görünür.*Şofer** — *(Kabinədən düşərək qapını açır)* Möhtərəm vətəndaşlar, təəssüf edirəm ki, sizi burada buraxmalı olacağam. Zəhmət çəkib maşından düşün.

7 min
İkinci pərdə

Qoca mühəndis Mirzə Əhmədin mənzilidir. Onun qızı mühəndis Dilbər əlində portfel gəlir, üst libaslarını çıxarıb şkafdan asır, pəncərənin qarşısına gəlib dışarı baxır.*Dilbər** — İntizar çəkənlər xəyalpərəst olurmuş, çox doğru və yerində deyiblər. Dünən axşamdan bəri xəyalımdan nələr gəlib keçmədi? Bilmirəm onun başında nə hadisə var. *(Fikrə gedir)* Ah, heç bilmirəm nə üçün onun gəlməsilə maraqlanıram?! Kim bilir bəlkə də o öz Firəngizi ilə bərabər gəlir. *(Portfelindən telegram çıxarıb baxır).* Şübhəsiz ki, o tək gəlmir, telegramda yazır ki, «gəlirik» *(Başını tutub otağı dolaşır).* Ah, nə qədər acı təsəvvürlər. Altı ildir bu təsəvvürlər bir ilan kimi mənim qəlbimə sarılmış. *(Pəncərənin qarşısına gedir və öz-özünə danışır):* Yox, bu yaramaz, mən qısqanırmışam. Qoy onlar xoşbəxt yaşasınlar.

15 min
Üçüncü pərdə

Səhnə mühəndislərin ümumi iş salonudur. Divarlarda xəritələr və planlar vurulmuşdur. Kürsülər və stollar qoyulmuşdur.*Mirzə Teymur** — *(Mirzə Əhməd ilə bərabər gəlir)* Dünyanı yığıb töküblər bura, elə bilirlər ki, işi görən adamın çoxluğudur. Bilmirəm kimə arxalanıb işə başlamaq istəyirlər? Belə bir zavodu tikmək üçün yüzlərcə başını işdə ağartmış mütəxəssislər lazımdır.

10 min

Poems by other poets · Satire