Vyanada keşişlər toplanıb qırmızı beynəlmiləl ilə mübarizə etməkdən ötrü bir ağ beynəlmiləl təşkil eləmişlər.

Yaz olan kimi toyuqlar da yumurtaya gəlir
Sarı beynəlmiləlin bacısı dünyayə gəlir.

Zərbə vurmağlıq üçün qırmızı beynəlmilələ
Qərbdə verdilər «qeyrətli» keşişlər əl-ələ
Anlamışlar ki, bitib işləri bağlandı şələ
Köhnə din məsələsi tazədən ortayə gəlir
Sarı beynəlmiləlin bacısı dünyayə gəlir.

Qatilin hərbə əzəl ordusu qılmışdı yeriş
Tankı, həm topları da görmədi meydanda bir iş
Hər gücün vurmuş idi qalibə qalmışdı keşiş
Son güman, ləğv olunan əski kilisayə gəlir
Sarı beynəlmiləlin bacısı dünyayə gəlir.

Burda da hiyləsi baş tutmasa boş qalsa əli
Yıxa bilməzsə əgər qırmızı beynəlmiləli
Daha yox ayrıca bir çarəsi başqa əməli
İndi də birçə güman göydə Məsihayə gəlir
Sarı beynəlmiləlin bacısı dünyayə gəlir.

İstəyir dini yenə sərvətə qalxan qayıra
Hərb üçün köhnə kəlisanı da meydan qayıra

Qara qarğanı da bir dahiyi-dövran qayıra
Hər gələn qaçdı, çıxış növbəti qarğayə gəlir
Sarı beynəlmiləlin bacısı dünyayə gəlir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

XXIV. Esterin həbs edilməsi

Bolşeviklərin həbsə alınması və onların əmlakının və hərbi ləvazimatın müsadirə edilməsinə dair çıxarılan qərar Esterə olduqca ağır təsir bağışladı. Esterin zənnincə bütün bolşevik işçilər həbsə alınacaq və edam ediləcəkdi. O, bolşeviklərə məhəbbət bəsləyir və onların hökumət başından çəkilməsinə çox kədərlənirdi. Esterin bolşeviklərə bəslədiyi hüsn-rəğbətdə, Vahanla olan səmimi əlaqəsi də mühüm rol oynamaqda idi.O, daima qəlbində «Bolşeviklər yaxşı və xalqın qeydinə qalıcı adamlar olmasaydı, Vahan onlara qoşulmazdı» deyə düşünürdü.

5 min
XXV. Bolşeviklər Həştərxana gedir

«Mən ingilis imperializmi ilə birləşib Almaniya imperializminə qarşı müharibə etmərəm. Mən vətənimə hücum edən bütün imperialistlərə qarşı amansız mübarizə aparacağam.Petrov

5 min
XXVI. «Üçüncü Bahadır şah»

Şahzadə Bahadır xanın şərəfinə verilən ziyafətdə Bakı ziyalısından başlayaraq, Bakı milyonçusuna qədər hamı iştirak etdi. Türklərin şəhərə yaxınlaşmasını görüb Bakı kəndlərinə, xüsusən Mərdəkana yığılmış «müsavat» partiyası rəhbərləri də bu ziyafətdə iştirak edirdilər.Ziyafətdən üç mühüm məqsəd vardı. Onlardan biri ziyafəti təşkil edən Hacı Zeynalabdin Tağıyevin daşıdığı məqsəd idi.

5 min
XXVII. «General Denster-Vil gəlir»

İngilislərin Bakıdakı müvəffəqiyyətsizliyi onları Bakıya dəvət edən Mərkəzi Kaspi Diktaturasının fəaliyyətsizliyi, türklərin Bakını işğal etmək fikrindən vaz keçmələri, Londonda olduqca pis təsir bağışladı.Ənzəlidə oturub Bakının vəziyyəti ilə məşğul olan və Bakıdakı ingilislərə rəhbərlik edən Denster-Vil, Bakı məsələsinin bir neçə günə həll olunacağını bilməmiş deyildi. Çünki ingilislər Bakıya gəldikləri gündən bəri vəziyyəti dəyişə bilməmişdilər. Onlar hələ yerli qoşunu təşkil etməmiş, türklərin Bakıya hücum üçün başladıqları hazırlıq bitmişdi.

6 min

Poems by other poets · Satire