Bəyani-həqiqət
Get, ay Molla Nəsrəddin əmi, allah sənin kimi mollaları bizə çox görməsin. Bir necə müddət idi öz şəklini jurnalın arasında çəkirdin, həyalı cavanlar jurnalı qabaqlarına açan kimi gözləri sənə sataşanda həya təri basıb, utanıb, büküb qoyurdular yerə. Çünki görürlər əlində əsayi-piri, başında əmmaməyi-abidanə, özün də gözlərini tikmisən adamın üzünə. Biçarə uşaqlar xəcalət çəkirdilər. Çox arif molla imişsən!
Bu az müddətdə elmi-qiyafə işinə baş tapıb yavaş-yavaş pərdə dalına çəkilməyə başladın. Hərçənd bizim sənə söz deməyimiz qəbihdir, lakin mollalarda hüsn-xülq olduğuna cəsarət ilə ərz edirəm. Axund ağa, bir az da pərdə dalına çəkilsən pis olmaz. Bəlkə allaha təvəkkül, səni pərdə dalında görüb müsəlman aləmində bə’zi biar mollalar ibrət götürsünlər. Təbriz dedim, ağayi-büzürkəvarın sizə təqdim etdiyi sifariş xəyalıma gəldi. Keçən gün Əmir timçəsində Məşədi Qazım dəllal ilə «Ağa»-nın bir-birinə tapança çəkmələrindən söhbət edirdim. Onda gördüm bir nəfər gəldi ki, səni «Ağa» çağırır. Dedim inşallah yaxşı oldu. Görəsən hansı yalançı qəbaləyə qol çəkdirəcək, yenə bir-iki qran mənə yapışar. Haman adam ilə gəlib məhkəməyə, gördüm, «Ağa» oturub mənə baxıb gülür. Mən də salam verib oturdum. Buyurdu, Hərdəmxəyal, bilirsən səni nədən ötrü çağırmışam? Ərz elədim xeyir. Buyurdu, əvvəl bizi bir yaxşı tə’rif edəsən, özgə yerdə millət qəmi çəkən mollalar oxuyub bilsinlər ki, tək onlar deyil, biz də qəm çəkməkdən çöpə dönmüşük. Bir də mənim yoldaşım Fəxrululəmanın şəklini jurnalda çəkəsən, amma qabağından sallanan şalvar bəndlərini çəkməyəsən.
Mən də o saatda qələmi alıb yazdım:
Bəh-bəh sizə əhsən, necə pürzövqi-səfasız,
Fəxr eyləyin İrana ki, fəxrululəmasız.
Ənküştnümasız, hamı əmraza şəfasız,
Ərbabi-əxa, sərvəri-zülədl-vəfasız.
Minlərcə xuda ümmü fəsada edə lə’nət,
Minlərcə o şeytanə ziyadə edə lə’nət.
Təhtül-hənəkin rişteyi-ümmid ziyandır,
Çibkirü xətakara qapın darülamandır.
Fəxrululəma sən kimi şeytani-zamandır,
Ləbbadənin altında çox əsrar nihandır.
Hər kəs gərək ismin düşə yada edə nifrət,
Minlərcə xuda ümmüfəsadə edə lə’nət.
Şeytan dediyim səhvdi, şeytan belə olmaz,
Bişək siz olan məclisə şeytan da dolanmaz,
Hökmüz yetə iblisə bu Təbrizdə durmaz,
Siz çaldığınız avazəni dəccal da çalmaz.
Hər kəs ki, edibdir belə avazəni adət,
Qoy tanrı o murdara ziyadə edə lə’nət!
Keçmişdə sənin çox yudular vizrü-vəbalın,
Guya dedilər vardı sənin ayrı xəyalın,
Çox eyb deyil, olsa da keçmişdəki halın,
Örtər hamı bu işləri övzai cəlalın.
Mə’lum ki, bu işlər olubdur sənə sənət,
Minlərcə xuda ümmifəsadə edə lə’nət...
Dünya nə qədər var isə baqi qalar adın,
Heç molla sizintək o zadın bilmədi dadın,
Fəxrululəmanın da xuda verdi muradın,
Bilsinlər gərək qədrini ol ümmifəsadın.
Minlərcə xuda ümmifəsada edə lə’nət,
Minlərcə o məl’unə ziyadə edə lə’nət.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-beyani-heqiqet
Use ← → keys to move, R for a random poem
More by this author
Vaqe olur Mirzə Rəhim müctəhidin məhkəməsində*Mirzə Bağır** — *(daxil olur)* Səlam əleykum!
Dördüncü pərdəVaqe’ olur Kərbəlayi Haşımın evində. Ev bir dövlətli mülkədar evini təsvir edir. Münəvvər bir tərəfdə oturub ağlayır. Anası Həlimə evi düzəldir.*Akif** — *(daxil olur, Həliməyə)* Həlimə xanım, sən bu deyilən sözlərə qulaq vermə! Mən bilirəm ki, Kərbəlayi Haşım ölməyibdir. Heç kəs nə Məkkədən gəlib, nə də kağız vardır. Bu deyilən sözlərə baxıb evi dağıtma.
Dumanlı Təbriz(Altı pərdədən ibarət dram əsəri)*Əsərdə iştirak edənlər
Birinci pərdəCənubi Azərbaycan. Şimalda Araz çayı, cənubda qarlı dağlar, dumanlı təpələr. Araz çayından cənuba doğru uzanan yolun ortasında bir və ikimərtəbəli damlar görünür. Mülkədarın yaşadığı binanın qarşısı. Uzaqdan top və tüfəng atışmalarının səsi gəlir. Yük daşıyanlar bir-birinin yanına düzülüb keçir.*Mülkədarın silahlı adamları binanın ətrafında gəzişir.*
Poems by other poets · Satire
Ahü fəryad eyləyirsən, söylə, fərmanın nədir?Məqsədin bildir nə şeydir, ahü əfğanın nədir?
İtaliyaDeyirlər daha qorxur Allahından İtalya,Keçir indi türklərin günahından İtalya.
VıveskalarımızVıveskayı türkcə yaz,Latınca yaz, rusca yaz.
DemərəmMən vətənsizlərə ömrüm boyu insan demərəm,Özümə hörmət üçün qanmaza, gəl qan, demərəm.