Erməni məhəlləsində hücum hazırlığı
Page 2 of 2 · 50%
Sərdar Rəşidin dili açıldı:
– Belə ha, qeyrətinə qurban!
– Bizim sizinlə olan əlaqə və Helmi bəylə olan rəftarımız barəsində heç bir kəsə danışmamalısınız. Nə İran hökuməti, nə də sizin bağlı olduğunuz çar konsulu bu hadisələrdən xəbərdar olmamalıdır, siz bu sirlərin gizlində qalması üçün öz həyatınızla məsulsunuzl
– Bu nə fərmayişdir, cənab Əbülhəsənbəyl Məgər bizdə milli namus və milli şərəf yoxdurmu?
– Şərəf və namus məsələsini bir tərəfə buraxın, çünki o çox mürəkkəb bir məsələdir. Ancaq onu bilməlisiniz ki, bir sirri şərəfsiz adamlar da saxlaya bilər, burada mətanət və iradə lazımdır.
– Əlhəmdülillah bunların hamısı bizdə vardır, inşallah, sağlıq olarsa qulluğunuza yetişərik.
Sərdar Rəşidə qəlyan və çay gətirdilər, o, yarım saat daha oturduqdan sonra çıxıb getdi.
Biz də hər ehtimala qarşı hazırlıq görmüşdük, erməni məhlələrinə gedən yolların hamısını tutmuşduq. Eyni zamanda erməni yoldaşların özlərinə də xəbər verib ehtiyatlı olmalarını tapşırmışdıq.
Biz hazırlıq görməklə bərabər, Helminin cəsarətinə də inanmırdıq, çünki sərdar Rəşidin ona göndərdiyi məktub təsirsiz qalmayacaqdı. Helmi o məktubun bir qüvvəyə istinadən yazıldığını biləcəkdi. Biləcəkdi ki, sərdar Rəşid özlüyündə belə bir tələbatı verə bilməz. Hər halda, bu məktubun nəticəsini gözləyirdik. Buna görə də sərdar Rəşidi müdafiə etmək bəhanəsi ilə iki nəfəri onun kabinetində qoymuşduq.
Düz axşam saat doqquzda sərdar Rəşidin yazı stolunun üstündəki telefonun zəngi vurdu. Sərdar Rəşid telefonun dəstəyini götürüb:
– Bəli, eşidirəm, – dedi, – bəli, danışan sərdar Rəşiddir... Eşidirəm... Əleykəssəlam, Helmi bəy!.. Bizə nisbət xidmətiniz?.. Bəli, həmin məktubu mən göndərmişəm... Necə yəni ola bilməz?.. Hə, hə, mən bir İran nümayəndəsi olduğum halda, öz rəiyyətimi müdafiə edə bilmərəmmi?.. Rəiyyətin ermənisi və yəhudisi də və başqası da ola bilər... Necə yəni gavur?l Bu məmləkətin rəiyyətidirmi? Erməni olsunlar, madam ki, dinc adamlardır, nə sizinlə, nə də başqaları ilə işləri yoxdur, İran hökumətini də öz doğma hökumətləri kimi tanıyırlar, biz onların malını, canını və namusunu müdafiə etməyə borcluyuq... Bəli, müdafiə etməyi bacara bilərik!.. Hansı qüvvətlə müdafiə edəcəyimizi biz özümüz bilirik... Bir az ədəbli olun! Çünki siz başqa bir hökumətin ölkəsindəsiniz... Alınan cərimələr bir qara şahısına kimi qaytarılmalıdır... Qaytarılmasa?.. Bəli, qaytarılmasa üsuli-cəbriyyəyə müraciət ediləcəkdir... Gələ bilməyəcəyəm, başım hökumət işlərinə məşğuldur... Sizi? Mümkündür, ancaq üç gündən sonra qəbul edə bilərəm... Cəbrən!.. Eybi yoxdur, iş məcburiyyət məsələsinə gəlirsə, o zaman məsuliyyət öz öhdənizdə qalacaqdır. Yetmiş min tüməndən yetmiş şahı da ala bilməyəcəksiniz... Hacı Mehdini təcili surətdə azad etməlisiniz. Bəli, bunu sizə sərdar Rəşid İran hökuməti adından deyir...
Sərdar Rəşid dəstəyi yerinə asaraq öz-özünə:
«Onlar bura gələcəkdir, onlar özlərinə yazdığımız məktubu geri götürməyim üçün məni məcbur edəcəklər. Eyni zamanda cErmənistanpın qarəti haqqındakı qərarı da imza etdirəcəklər. İndi bilmirəm bizim təklifimiz nədir? Özləri də çox həyasız və ədəbsiz adamlardınə
– söylədikdən sonra mənə zəng edib:
– Buyurduqlarınıza tamamilə əməl olundu, onlar öz dediklərini məcburən qəbul etdirmək üçün evimizə gəlmək istəyirlər. Fikriniz nədir? – soruşdu.
– Qapıda duran sərbazlara tapşırın ki, içəri buraxmasınlar. İş zorakılıq məsələsinə gəlirsə, bizimkilər oradadır, qorxmayın! Yerinizdə möhkəm oturun! Onlar istəyir ki, qarətin məsuliyyətini İran hökumətinin üzərinə qoysunlar, siz bilirsiniz ki, erməni məhlələrində qarət başladığı zaman bu qarət başqa məhlələrə də sirayət edə bilər. Fitnəçilər və şərarətçilər belə bir fürsəti çoxdan bəri gözləyirlər. Çar təbəələrinin qarət və talan olunması da mümkündür, çünki qarətçilər pasport və ünvan soruşmadan bilafərq qabağına gələni qarət edə bilər. Bununla da Təbrizdə təzə bir fəlakət baş verər.
Mən bu sözləri dedikdən sonra sərdar Rəşid:
– Çox məmnun oldum. Bizi xatirdən çıxarmayın - deyərək dəstəyi yerinə qoydu.
Aradan bir saat keçmədən iyirmi nəfər piyada əsgər və on nəfər atlı sərdar Rəşidin qapısında dayandı. Helmi bəylə yavəri faytondan düşüb, qılınclarını yernən sürüyə-sürüyə qapıya yanaşdılar. Onlar içəri girmək istərkən qapının sağ və solunda duran sərbazlar əsgəri nizam alaraq tüfənglərinin nizələrini irəli uzatdılar və:
– İcazəsiz içəri girmək olmaz! – deyə onları saxladılar. Helmi bəy acıqlanaraq əsgərlərinə qışqırdı:
– Alın bu gəvəzə hərifləril Haydı hərbi həbsxanayə götürün! – dedikdə əsgərlər irəli gəlib sərbazları tutmaq istərkən, dəhlizdən və bayırdan yüzə qədər silahlı irəli gəldi, Helmini və onun əsgərlərini mühasirə etdilər və Helmidən başqa hamısını tərk-silah elədilər.
Helmi bəy vəziyyəti belə gördükdə heç bir söz demədi, başını aşağı salıb qayıtdı və yavərinə müraciətlə:
– Yetər, yavrum! dedi. Məsələ aydındır. Əcəm də bizi aldatdı.
Fayton yola düşüb getdi, tərk-silah olunmuş və atları alınmış əsgərlər də qayıdıb qışlalarına getdilər.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-ermeni-mehellesinde-hucum-hazirligi
Use ← → keys to move, R for a random poem
More by this author
Yayın orta ayı, günortanın zamanı, qəlbim tutulmuşdu. Durub dolanıb molla yoldaşımı tapdım. Ərz elədim, ay molla, sən allah bir az yaxşı söhbətlərdən elə, bəlkə bir az mənim qəlbim açılsın. Pir olsun, çox fərəhli söhbət etdi. Əvvəl buyurdu: görəsən bu isti hava nədəndir? Dedim: bu işləri hükəma yaxşı bilər. Buyurdu: görəsən hamı şəhərlər bizim şəhərimiz kimi isti olar? Dedim: molla qardaş, mənim əqlimcə Qafqaz şəhərləri bir-birindən gərək bir az tafavütlu olsun. Dedi: xeyir, mən Qafqazı demirəm, belə bir necə yer adı var ki, indi təzə məktəbə getmiş uşaqlar sayıb, sonra divardakı çızıq-çızıq kağızlarda barmaqları ilə göstərirlər. Ürəyimdə bilirəm, amma dilim tutmur. Dedim: olmaya beş qit’əni deyirsən? Dedi: adını de görüm? Dedim: Avropa, Asiya, filan, filan... Buyurdu: bunlar isti olur ya inki bizim şəhərimiz? Dedim: ehtimal vardır ki, Afrika çölləri isti olar. Buyurdu: Afrikada müsəlman çoxdur, ya inki Qafqazda? Ərz elədim: Afrikada neçə-neçə islam hökumətləri vardır ki, Qafqazdan böyük torpağı, milyonlarla nüfusu vardır. Buyurdu: xub, onların idarəsi nə tövrdür, məşrutədir, müstəqildir? Dedim: onlar öz çörəklərini gizlin yeməkdədirlər. Buyurdu: necə-necə?!!... Gördüm çox baş-beynimi aparacaq, istədim sakit eləyim, dedim: onlar da bizim Rusiya müsəlmanları kimi asudə yaşamaqdadırlar. Dedi: necə, nə buyurursan? Təngə gəlib bu nəzmləri rəfiqimə oxudum:Asudə bizik, bizləri görcək sitəm ağlar,
MəktubCənab Molla Nəsrəddin! Bir necə gün bundan müqəddəm İranda bir şair rəfiqimə yazıb İrandan mə’lumat istəmişdim. Çünki on ildir İranı görməmişdim. Dünən rəfiqimdən fars lisanında bu məzmunda bir məktub yetişdi. Məktubu farscadan eynən tərcümə edib idarənizə təqdim edirəm:Əziz qardaşım Hərdəmxəyal! Minlərcə şükürlər, hökumətin sayeyi-mərhəmətində hürr və asudə yaşayıb gündən-günə tərəqqi və təməddün aləminə sarışıb mədəni millətlər, müəzzəm hökumətlər sırasına keçirik!.. Asiya meydanında bir elektrik fanusu kimi qətəati-xəmsədə olan bəni-nəv’i-bəşəri işıqlandırıb aləmi-mədəniyyəti birdən-birə tənvir etmişik.
Bəyani-həqiqətGet, ay Molla Nəsrəddin əmi, allah sənin kimi mollaları bizə çox görməsin. Bir necə müddət idi öz şəklini jurnalın arasında çəkirdin, həyalı cavanlar jurnalı qabaqlarına açan kimi gözləri sənə sataşanda həya təri basıb, utanıb, büküb qoyurdular yerə. Çünki görürlər əlində əsayi-piri, başında əmmaməyi-abidanə, özün də gözlərini tikmisən adamın üzünə. Biçarə uşaqlar xəcalət çəkirdilər. Çox arif molla imişsən!Bu az müddətdə elmi-qiyafə işinə baş tapıb yavaş-yavaş pərdə dalına çəkilməyə başladın. Hərçənd bizim sənə söz deməyimiz qəbihdir, lakin mollalarda hüsn-xülq olduğuna cəsarət ilə ərz edirəm. Axund ağa, bir az da pərdə dalına çəkilsən pis olmaz. Bəlkə allaha təvəkkül, səni pərdə dalında görüb müsəlman aləmində bə’zi biar mollalar ibrət götürsünlər. Təbriz dedim, ağayi-büzürkəvarın sizə təqdim etdiyi sifariş xəyalıma gəldi. Keçən gün Əmir timçəsində Məşədi Qazım dəllal ilə «Ağa»-nın bir-birinə tapança çəkmələrindən söhbət edirdim. Onda gördüm bir nəfər gəldi ki, səni «Ağa» çağırır. Dedim inşallah yaxşı oldu. Görəsən hansı yalançı qəbaləyə qol çəkdirəcək, yenə bir-iki qran mənə yapışar. Haman adam ilə gəlib məhkəməyə, gördüm, «Ağa» oturub mənə baxıb gülür. Mən də salam verib oturdum. Buyurdu, Hərdəmxəyal, bilirsən səni nədən ötrü çağırmışam? Ərz elədim xeyir. Buyurdu, əvvəl bizi bir yaxşı tə’rif edəsən, özgə yerdə millət qəmi çəkən mollalar oxuyub bilsinlər ki, tək onlar deyil, biz də qəm çəkməkdən çöpə dönmüşük. Bir də mənim yoldaşım Fəxrululəmanın şəklini jurnalda çəkəsən, amma qabağından sallanan şalvar bəndlərini çəkməyəsən.
Bilməli xəbərlərMəsələ*Cənab Molla Nəsrəddin! «İrşad»ın 221-ci nömrəsində hacı Cəbbar Nəsirov cənabları yazıb təvəqqə edir ki, ona qəzet göndərilməsin, çünki ramazanul-mübarək yaxınlaşıbdır. Bəndə bu sözdə çox fikrə getdim. Axırını bir tərəfə çəkə bilmədim. Çünki məsələ də çox ağır məsələ idi. Birdən-birə yazmağa cür’ət etmədim. Durub kitabları nə ki, var tökdüm qabağıma. Səhərə kimi varaqlayıb bir cavab tapa bilmədim. Axırda durub Məsailul-mühəqqiqin kitabını açıb bu rəvayəti tapıb hacıya yazdım. Əba əhməqdən rəvayətdir. Bir gün dəvədən soruşdular ki, atam-anam sənə səvar olsun, dünyada neçə şeydir ki, orucu batil edər? Buyurdu Nəsirbəyovdan soruşun. Müxtəsər bəndə də hacıdan təvəqqə edirəm yazsın görək dəxi hansı şeylər orucu batil edər?
Poems by other poets
Diyari-eşqə sultanəm, dila mən də zəmanimdə,Vəzirimdir ğəmü ğüssə oturmuş iki yanimdə.
KəramətƏya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir
Gəlir keçərEy dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,
OlmazAdam oğlu, yol ərkanın tanı bir,Yol ərkan bilənin yeri dar olmaz,