İngilis – rus ixtilafı
Dünya müharibəsi yaxınlaşaraq imperialist dövlətlərinin tamam boğazlarına çökmüşdü. Avstriya ilə Serbiya arasında gedən müzakirələrin nəticəsiz qaldığı, Almaniya və Rusiya dövlətlərinin bundan istifadə ilə ümumi çarpışmalara hazırlaşdığı və İngiltərə, Rusiya, Fransa ittifaqı düzəltdiyi zamanda, yenə də İngiltərə və Rusiyanın İran məsələlərində olan ixtilafı öz qərarında davam edirdi.
Rusiya xariciyyə naziri Sazonov, Rusiyanın böyük müharibə qarşısında durduğunu nəzərə almayaraq, yenə də İran hökumətinin notasındakı tələblərə qənaətbəxş cavab vermədi.
İran hökumətinin notasına verilən 8 iyul 1361 nömrəli cavabda yazılırdı:
«Rus təbəəsi və rus himayəsində olan yerlilərə İran hökuməti ərəfindən vergi təyin edildiyi vaxt, konsulxana nümayəndəsi iştirak etməlidir. Onlardan toplanan vergilər isə tamamilə rus bankına veri!nəlidir, çünki paraların harada və necə sərf olunması işinə Rusiya çonsulları nəzarət etməlidim.
Sonra Sazonov İran notasına verdiyi cavabında Şücaüddövlə nəsələsinə keçərək bildirirdi:
«Hacı Şücaüddövlə məclis seçkilərində iştirak etmək işində izim sözümüzə baxmır. O, səhhətinin pozulduğunu göstərərək vəifə başında qalmaq da istəmir. Buna görə də biz aşağıdakı şərtlərlə əliəhdin Təbriz hökuməti başına gəlməsinə razıyıq:
Vəlahəzrət vəliəhd öz yaxın adamlarını məmləkətin idarəsi trafına buraxmamalıdır.
Kirmanşahda yaxşılıqla tanınmış şahzadə Fərmanfərma pişkar ifətilə vəlahəzrət vəliəhdin müəyətinə təyin edilməlidir.
Bundan əlavə, Rəşidülmük də müəyyən bir vəzifə ilə Azərbayanın inzibati aparatına təyin edilməlidirə.
Sazonov bunları İran hökumətinə qarşı bir güzəşt hesab edərək əmişəki kimi dövlətdən bəzi imtiyazlar da tələb edirdi:
Urmi gölündə gəmi işlətmək.
Muğanın İran hissəsinin.
İsfahanda suvarma işlərinin imtiyazı.
Bu imtiyazları istədikdən sonra, Sazonov ən mühüm bir məsələyə də cavab verirdi.
dBiz İran hökumətinin, rus təbəəsinin İranda mülk əldə etməsinə qarşı olan etirazına belə cavab veririk:
İran hökumətinin, Türkmənçay müqavilənaməsinin 5-ci maddəsini əksinə yozması qəbul edilməyəcək bir məsələdirəl.
Sazonov bu sözlərdən sonra İran hökumətinin, kazak briqadasının ləğvinə və rus qoşununun İrandan çağrılması tələbinə cavab verərək yazırdı:
Hələlik biz bunu imkan xaricində hesab edirik. Yalnız bütün Azərbaycanda və Şimali İranda kazak dəstələri təşkil edildiyi zaman rus qoşunu İrandan çıxa biləcəkdir.
Bu da ancaq İranda İsveç zabitləri nəzarəti altında landarm dəstələri təşkil etməyin ortadan qaldırılması ilə mümkündürə.
Bundan sonra Sazonov ingilislərlə olan ixtilafı və İran hökumətinin bəzi məsələlərdə ingilis səfirinə müraciət eləməsi məsələsindən bəhs edərək İran hökuməti kabinəsini kəskinliklə tənqid edir və səfirə yazırdı:
Siz Rusiya imperator hökuməti namından Tehran hökuməti kabinəsinə bildirin:
Bilavasitə İran-Rusiya hökumətlərinə aid olan məsələlərdə başqa bir hökumətin vasitəçiliyinə müraciət eləmək yersizdir. İran hökuməti bir neçə ittifaqda Rusiya hökumətinin İran məsələlərində başqa hökumətin müdaxiləsinə razı ola bilmədiyini görmüşdür. Bu kimi müdaxilələr iki qonşu hökumət arasında mövcud olan ixtilafın dostluqla həll edilməsi işinə də mane ola bilərə.
Sazonov İran notasına verdiyi cavabı, örtülü təhdidlərlə bitirir və notada göstərilən tələbatın heç birisində İran hökumətini qane etmək istəmirdi. Sazonov İran hökumətinin etirazına və bu yolda ingilislərin tənqidlərinə baymayaraq, yenə də Şücaüddövləni Azərbaycan hökuməti başında saxlamaq fikrindən vaz keçməmişdi.
O, İrana verdiyi nota ilə bərabər, iyulun 10-da İngiltərənin Peterburq səfirinə də bir müxtirə vermişdi. Burada Sazonov Rusiyanın
i Rusiya ilə İran arasında bağlanmış 1828-ci il 22 fevral Türkmənçay müqavilənaməsinə görə rus təbəəsinə ancaq ev almaq ixtiyarı verilir. Çar təbəələri isə bundan istifadə ilə İranda kəndlər alır, böyük mülkləri zorlayıb əlinə keçirməklə İranda kaloniyalar salırdılar.
i 281 Şimali İranda çəkdiyi zəhmətləri və rus mənafeyinin nə qədər zərərə düçar olduğunu saymaqla bərabər, Azərbaycan məsələsinə keçərək yazırdı:
«Azərbaycan məmləkətinin Rusiyanın marağını belə hökmən cəlb etməsi təbiidir. Çünki bura, Qafqaz ilə həmhüduddur. İmperator hökuməti bir az əvvəl inqilab baş vermiş belə bir məmləkətin nizamsızlıqlar, iğtişaşlar içində qalmasına soyuqqanlılıqla baxa bilməzdi. Nəhayət, Azərbaycan hökumətinin başına yerli şəraiti bilən, yerli xalq arasında böyük nüfuza malik olan və hər yerdə bacarıqlı sayılan Şücaüddövdə keçdi. Lakin Tehran hökuməti onun möhkəmliyini görmək istəmir, onu əski şahı taxta gətirmək tərəfdarlığı ilə töhmətləndirir: halbuki Tehran hökumətinin bu iddiası tamamilə əsilsiz çıxdı və Şücaüddövlə nəticədə hökumətə sadiq qaldı».
Sazonov yenə də iyulun 10-da, İngiltərənin Peterburq səfirinə verdiyi başqa bir məktubunda, bitərəf məntəqədə mövcud olan və İngiltərə-İran neft kampaniyası tərəfindən imtiyaza götürülən neft məsələsinə keçərək yazır:
€Sizə məlumdur ki, rus mətbuatı bu məsələ ətrafında həddindən artıq həyəcana düşmüşdür. Çox yaxşı olardı ki, rus əfkari-ümumiyyəsini həyəcana gətirən bu qorxulu məsələnin təskini üçün sizdən əlverişli bir xəbər əldə edə biləydik. Heç şübhə yoxdur ki, kampaniya məzkur neft imtiyazını 7-ci il müqavilənaməsindən əvvəl əldə etmişdir. Lakin bu bir faktdır ki, bu müəssisənin İngiltərə əlinə keçməsi, işi tamamilə dəyişir.
Yaxşı olardı ki, İngiltərə dostluq xatirinə bitərəf məntəqədəki ”u neft mənbələrinin istismarından əl götürəydi, çünki o bitərəf məntəqədə olsa da, bizim nüfuz məntəqəmizlə həmhüduddurə.
Biz bütün bu söhbətləri miss Hanna ilə danışdıqdan sonra o, sözü Almaniya-Rusiya ixtilafı üzərinə gətirmək istədi, mən buna yol verməmək üçün sözünü yarıda kəsib ona sual verdim:
– Amerikanın gələcək müharibəyə nə nəzərlə baxacağı məlumlurmu?
– Məlumdur. Amerika bitərəf qalacaqdır! Bunu bilməyən yoxdur!
Mən:
– Yanılırsan, – dedim, – Amerika Avropa müharibəsini dördgözə gözləyir. O bu müharibədə almanların və ingilislərin qalib çıxnasına razı ola bilməz, onların ikisi də Amerikanın rəqibidir. Onun müharibəyə qoşulması, müharibənin son nəticələri görünməyə başladığı zaman mümkündür. O bütün avropa zəif düşdüyü və amerikanın iqtisadi boyunduruğuna soxulduğu zaman, qalib çıxması gözlənilən dövləti əzmək məqsədilə müharibəyə girəcəkdir. Sən ehtiyatlı ol! Amerikanın Almaniya əleyhinə müharibəyə çıxacağı ehtimalı bütün ehtimallardan güclüdür. Sən Amerika müəssisəsində çalışırsan, özün də məsul bir işdəsən. Heç vaxt özünü alman tərəfdari kimi tanıtma. Belə olursa mən də səndən razı qalaram. Əks halda başına bir fəlakət gəlirsə, səni müdafiə etmək də çox çətin olar. Hələ Anadolu cəbhəsi də qarmaqarışıq bir cəbhədir. Burada yalnız ruslar, türklər deyil, kürd-erməni, erməni-türk ixtilafları da vardır. Buralarda sənin tələf olacağından qorxuram.
Miss Hanna qaşlarını çatıb dodaqlarını büzərək çox düşündü və sonra da:
– Bunların hamısı düzdür, – dedi, – lakin Almaniya hər bir dövlətdən yüksəkdir. Mən isə bir alman qızıyam. Əcəba, mənim üçün Almaniya tərəfdarı olmamaq mümkündürmü?
Qız həqiqi simasını açırdı. Böyük bir bədbəxtlik uğrunda çalışan bu qız nə qədər qorxulu bir vəzifə daşıdığını heç də hesaba almırdı.
– Sən mənə inqilabçı bir qız olacağını söz vermədinmi? – dedim,
– sən fəqir və yoxsul xalqların mənafeyi uğrunda işləmək üçün mənə and içməmişdinmi? Sən İran inqilabı qurbanlarının məzarı üzərində saçlarını açaraq doğma bir bacı kimi ağlayacağına söz vermədinmi?
Bunların hamısına qız qısa bir cavab verdi:
– Doğrudur, söz vermişəm!
– Bəs o sözlər hanı? O sözlərini bir alman casusu olduğunlamı həyata keçirəcəksən?
Qız:
– Gəl, düz danışaq! – dedi. – Sən bu saatda İngiltərə-Rusiya hökumətləri əleyhinə işləyirsən, sən bunu mənə dildə və yazıda göstərməsən belə, mən sənin bütün hərəkətlərini görür və sənin bir İran inqilabçısı olduğunu anlayıram. Çox gözəl, sən Rusiya— İngiltərə əleyhinə işlədiyin kimi, bir alman qızının da bu yolda, bu qaya ilə işləməsi casusluq niyə olsun? Sən bütün dünyada öz millətini sevməyən, onu şərəfli və namuslu görmək istəməyən bir xalqı nişan verə bilərsənmi? Cavab ver, əziz dostum! Zənn edirəm ”u cür söhbətlərin bizim sevgimiz və dostluğumuzla heç bir əlaqəsi yoxdur.
Mən indi, doğrudan da, fəaliyyətli, bacarıqlı, çox da cəsarətli bir alman casusunun qarşısında bulunduğumu dərk edirdim. Mən illər uzunu bir casusun nazını çəkmişdim. Onu böyük təhlükələrdən qurarmışdım. Halbuki mən birinci gündən, bunun məhvinə çalışmalı və onu bir casus olduğu üçün Təbriz üfüqündən itirməli idim. Lakin bununla yanaşı olaraq, bizim bu casusdan bir çox mühüm istifadədə bulunduğumuzu da xatırlayırdım. Mən indi dərk edirdim ki, qızı Amerika konsulxanasının sirlərini bizə verməyə və amerika ticarət müəssisələrini Məşədi Kazım ağa vasitəsilə böyük zərərlərə düşürməyə sevgi yox, bir vəzifə məcbur edirmiş, çünki bir alman qızı amerikalılara qarşı da nifrət bəsləməkdə imiş.
Onun məlahətlə dolu olan gözlərinə baxdım:
– Öz millətinin qeydinə qalmayan insan yoxdur, – dedim, – bu sözünə şərik ola bilərəm. Lakin öz millətini başqa millətlərin əzilməsi hesabına yüksəltmək istəyənlərə qarşı dərin bir nifrət bəsləyirəm.
Qızın bu sözdə bədəninə sanki bir iynə batırdım, o diksindi, hətta əlindəki stəkan hərəkət etdiyindən bir neçə damcı çay stol üzərinə töküldü. Mənə belə bir sual verdi:
– Sən türk və eyni zamanda iranlı deyilsənmi?
– Bəli türkəm, özüm də iranlıyaml
– Həm türk, həm də İran xalqı əzilmiş bir xalq deyildirmi?
– Əzilmiş xalqdır!
– Belə olduğu halda hər iki əzilmiş məmləkətin qeydinə qalmamaq nə üçün? Əcəba, almanların ingilislər və ruslarla başladığı mübarizəsi bu məqsədi daşımırmı?
– Xeyr. Belə deyildir. Almanların qalib çıxması ilə bu iki məmləkət azad ola bilməz! Ancaq bir cahangirdən qurtarıb başqa bir cahangirin pəncəsinə keçər, daha da əzilər. İstər türklər, istərsə də ranlılar müharibə edən dövlətlərin heç birisinə yanaşmayaraq, onların hamısına nifrət bəsləməli və bu müharibəçiliklə mübarizə aparmalıdırlar
Qız üzünə tökülən saçlarını yuxarı darayıb dedi:
– Mən, belə məlum olur ki, çoxdan bəri dünyanı dağıtmaq və mədəniyyətin kökünü qazmaq istəyənlərin yolunu izləyən və bu yolda çalışan bir zatla qarşı-qarşıya otururam. Səni nə qədər sevdiyimi söyləmək artıqdır. Sevgini ölüncə davam etdirəcəyəm. Hərgah mənim sənə qovuşmağıma başqa maneə yoxdursa, demək, ideyalarımız arasındakı ixtilaf sevgimizin nəticəsiz qalmasına səbəb olmuşdur. Yenə də sənə deyirəm, fikrin bolşevik fikridir. Bu fikirlə dünya idarə olunmaz!
İndi artıq qızla bu haqda danışmağı faydasız görürdüm, çünki mütəxəssis bir alman casusunu təbliğ etmək axmaqlıq idil
Çox oturmadım, söhbətin mövzusu da dəyişildi, durub vidalaşdığım zaman o:
– Söylə, sənin məni müdafiə edəcəyinə əmin ola bilərəmmi? – dedikdə mən:
– Getdiyin yolu yox, fəqət şəxsini müdafiə edərəm! – deyərək çıxdım.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-ingilis-rus-ixtilafi
Use ← → keys to move, R for a random poem
More by this author
(Əz ehkami-nəcasat)*Üləmamızdan rica edirəm ki, bu nöqtəyə diqqət edib bəndeyi-həqirin bu məsələsinə cavab iltifat buyursunlar.
BayqotAllah heç bir kəsi müsəlmanların bayqotuna giriftar eləməsin. Özgə yerlərin bayqotu hələ ötüşər, amma bu İrəvan, Naxçıvan və xüsusən Ordubadın bayqotu lap adamın evini yıxır.Bu hamıya mə’lumdur ki, cəmi qəzetləri saxlayan şəhərlər içində ancaq İrəvan, Naxçıvan və Ordubaddır. Bu üç şəhərə o qədər qəzet və jurnal gəlir ki, hələ poçtdan savayı dəmir yol ilə qəzetlər tay-tay ilə göndərilir.
Şəriət istərizOsmanlıda köhnə idarəni qaytarmaq istəyən «Şəriət istəriz» adlı firqəyə daxil olanların ən ictihadlılarının biri sövdakar Əhməd imiş ki, mərhum Zakir İşanın yaxın müridlərindən olub Rusiyadan Türkiyəyə köçüb alış-veriş eləyir.«Vəqt»in yazdığına görə bu cənab Türkiyədə qabaqlarda fahişəxana sahibi imiş və Rusiyadan doqquz-on yaşında qızları alıb aparıb Osmanlıda ona-buna satarmış.
ÇarəÇarə, çarə, aman günüdür, bir çarə, İranın pulsuzluğuna bir çarə!Cavab: