Hacı Səməd xanın tapşırığına görə, saat doqquzda onun məktubarını yazmaq üçün Nizamüddövlə bağına getmişdim.

Azərbaycan valisi, iyun istilərinə baxmayaraq, kiçik bir otağa yapanmışdı. Mən haman otağa girərkən məcmuələrdə sultan Əbdülhəmidin həyatına dair oxuduqlarım yadıma düşdü. Qapılar, pəncərələr qapalı idi. Pəncərələrin dalına bərkidəcəklər və ağır şeylər salınmişdı. Stol üzərində tapançalar, bucaqlarda isə tüfənglər dururdu. Mən Təbriz cəlladını belə bir dəmir qəfəsin içərisində ziyarət etdim. O mənim əlimi çox bərk sıxdı, yanında yer göstərdi. Onun birinci sözü bu oldu:

– Cənab ağa, siz rusca yaxşı yaza bilirsinizmi?

– Çox yaxşı yazıram.

– Mənim üçün iki məktub yazmaq lazımdır: birisi cənab generalkonsula, ikincisi isə Peterburqda nazirlər şurasına. Bu məktubları mən özüm farsca yazmışam.

– Çox pakizə, bəndə də onları ruscaya tərcümə edərəm.

Bu sözdən sonra Hacı Səməd xan farsca yazılmış məktubları götürüb:

– İndi mən bunları oxuyum, siz də tərcümə edin! – dedi. – Bacardıqca diqqətli olmalısınız. Qoy deməsinlər ki, iranlılar məktub yazmağı da bacarmır.

– Sizin istədiyiniz kimi tərcümə edərəm. Mən özüm farsca da oxuya bilirəm.

Əvvəlcə Səməd xanın Təbriz general-konsuluna yazmış olduğu məktubu tərcüməyə başladım.

Azərbaycan valisi Hacı Şücaüddövlədən Təbriz generalkonsulu Orlov cənablarına.

Hərgah imperator hökuməti tərəfindən İran məclisinə başlanmış seçkilərdə iştirakım arzu olunarsa, mən Azərbaycanın xüsusi bir vətəndaşı kimi burada iştirak edərəm. Mənim burada bir valı sifətilə iştirak etdiyim xəbəri çıxar-çıxmaz yalnız Qaradağ, Ərdəbil və Savucbulaqda deyil, Təbrizin özündə də nizamsızlıq başlaya bilər.

Mən uzun bir müddət çalışaraq cəza qanunlarına müraciət etməkdən sülh və səlaməti bərpa edə bilmişəm. Buna görə də qan tökülməsinə imkan verməmək üçün məzuniyyətimin qəbul olunması, yerimə isə yerlilərdən, yainki Tehrandan bir nəfərin təyin edilməsini arzu edirəmə.

Məktubu tərcümə edib, bitirdim. Onun farsca əlyazısını özünə qaytardıqdan sonra rusca yazdığımı oxuyub ona tərcümə elədim. Çox xoşuna gəldi. Sonra Peterburqa xariciyyə nəzarətinə yazdığı məktubu verdi.

€Azərbaycan general-qubernatoru Şücaüddövlədən

Peterburqda xariciyyə nazirinə

Heç şübhə yoxdur ki, imperator, nazirlər şurası mənim keçmiş fəaliyyətimi lazımınca bilir. Bir-iki il bundan müqəddəm, onda ki, bütün İranı iğtişaş sardığı vaxt, mən heç bir firqəyə qoşulmadan yerimdə oturmuşdum. Mən ümid edirdim ki, İran hökuməti bir zaman vəziyyətə hakim ola biləcəkdir. Mən ümid edirdim ki, xalq bir zaman inqilabın pəncəsindən qurtarmaqla rahat yaşaya bilər. Təəssüf olsun ki, İranın vəziyyəti bədbəxtanə, gündən-günə xarablaşdı. Ölkə tamamilə əmniyyət və rahatlıqdan məhrum edildi. Bu vaxtlar mən heç bir firqəyə yanaşmadan hökumətin əmrinə görə öz qüvvətimi toplayıb altı aydan bəri Sərdarudda durmuşdum. Buradan inqilabın nəticəsini təqib edirdim. Rus qoşunları Təbrizə gəldiyi vaxt qismən intizam bərpa olundu və ümumi rahatlığın nişanələri görünməyə başladı. O zaman mən də hökumətin əmrinə görə inqilabçıları hər yerdə təqib etməkdən əl çəkmədim.

Talan və qarət yenidən başladı, üsyanlar qalxdı, yenə də xalq evində rahat otura bilmədikdə, inqilabçılar təzədən hər tərəfi əhatə etdi. Xüsusən bütün Azərbaycan bir inqilab ocağına döndü, mən də məcburən Təbriz inqilabçılarını məhv etmək qərarına gəldim.

Mən vaxtilə Təbrizdən iki verst məsafədə durmuşdum. Rus qoşunları bu çəkilməz vəziyyətlə toqquşmağa başladıqda və müdafiəyə məcbur olduqda hərc-mərclik yatmağa başladı. Ciddi tədbirlər və ağır cəzalar nəticəsində asayiş bərpa oldu.

Rahatlıq başlandı, o vaxt mən də imperator hökumətinin icazəsi lə Azərbaycan ölkəsinin idarəsi başına keçdim və bu günə qədər darə edirəm.

Lakin ölkədə yeni siyasi dövrün başlanması ilə yeni məsələlər lə meydana çıxdı. Bu məsələlər Azərbaycanı idarə etmək işində əzi çətinliklər törətdi.

  1. İmperatorun Azərbaycandakı konsulxanaları arasında vahid ir nöqteyi-nəzər olmadığından və işə çağırılmış yeni konsulların sas məsələlərdə Təbriz konsulu və Azərbaycan valisi ilə hesablaşnadıqlarından ölkədə hərc-mərclik meydana gəlir.

  2. Belçiklərin bizə yardımdan boyun qaçırması, onların Azərbaycan maliyyə interesinə yabançı olmaları, bir para xainlərin konsul ilə mənim aramı vurmağa çalışmaları, ştatdan artıq maliyyə məmurları saxlamaqla 50 min tümənə görülən işləri 300 min tümənlə başa gətirərək ölkənin büdcəsinə zərbə vurmaları, işlərin doğru və asan yolu ilə gedişinə böyük əngəllər törətməkdədir.

Onlar nə konsulu, nə də bir Azərbaycan qubernatoru olmaq sifətilə məni tanımaq istəmir, özlərini mənim qarşımda məsul bilmirlər. Bunlar, eyni zamanda İran xalqını da sıxışdırmaqdadırlar.

Bütün bunları nəzərə alaraq, belçik maliyyə məmurlarının yerinə ruslardan təyin edilməsini rica edirdim. Bir neçə rus, bir neçə də işlə tanış yerli məmurların vasitəsilə ölkədə rüsumət və vergi məsələlərini həyata keçirmək mümkün və lazımdır.

  1. Mən padşah vəzirlər şurasının sədri müşavirinə məruzədə bulunduğum və Azərbaycan hərbi təşkilatı xüsusunda danışdığım kimi indi də aşağıdakı təkliflərdə bulunuram:

a) Azərbaycanın üç məntəqəsində kazak briqadası təşkil etmək.

b) Azərbaycan qoşunlarından seçib piyada və atlı qoşun dəstələri düzəltmək və onları rus təlimatçılarının tərbiyəsi altına tapşırmaq.

  1. Bütün Azərbaycan xalqı bilir ki, mən Azərbaycanda bugünkü günü gözləyirdim. Hərgah icazə verilsəydi, mən Peterburqa gəlib xüsusi məruzədə bulunardım. Bu da olmazsa, mənə müalicəyə getmək üçün uzunmüddətli bir məzuniyyət verəsiniz ki, müalicədən qayıdarkən Peterburqu ziyarət edə bilim.

Hacı Şücaüddövlə Səməd xanə.

Hacı Səməd xan məktubların hər ikisini təqdir etdi və sonra:

– Bunları makinədə yazmaq lazım deyilmi? – deyə soruşdu.

– Lazımdır. Verərəm Ninaya, konsula bildirmədən makinədə yazib gətirər.

– Belə ha, namusuna qurban!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Ninanın məktubu

Təbrizdə vəziyyət get-gedə dəyişirdi. Artıq Culfa–Təbriz yolu kəsilirdi. Hərbi İnqilab Şurasının iclasında yolun açılması qərarı çıxarıldı. Culfa inqilabçıların əlində idi. Müsəlləh qüvvənin başında Hafiz əfəndi dururdu.Hərbi İnqilab Şurasının Hafiz əfəndiyə verdiyi telefonoqram bu məzmunda idi: «Culfa qüvvətilə hərəkət edib Circirlari təmizlə!»

8 min
Mən tacir deyiləm

Mən bu görüşdə çoxdan bəri demək istədiyim sözü ona deməyi qərara almışdım. Nina dünənki sevgi söhbətindən, bunu açıq dediyindən utanır və başını qaldırıb üzümə baxa bilmirdi. Sözümü heç dayanmadan dedim:– Siz istəsəniz, inqilabda böyük bir vəzifə götürə bilərsiniz. Lazımi yardımı verə bilərsiniz. İran inqilabının yardıma böyük ehtiyacı var. O, indi hər tərəfdən mühasirə altındadır. Siz özünüz həmişə deyirsiniz ki, qəhrəmanlar az qüvvənin içindən çıxır. Hazırda o qəhrəmanların önündə böyük çətinliklər durur. O çətinlikləri də məhv etmək üçün inqilab qəhrəmanlarına yardım əlinizi uzatmalısınız.

9 min
Nina ərə gedir

Mən evə gəldikdə Nina yox idi. Onun qulluqçusu Zeynəb bacı və mənim evimi təmizləyən Təhminə xanım ev sahibi Minasyanın qadını Şuşanik xanımla danışırdı. Təhminə və Zeynəbin gözləri ağlamış adam gözünə oxşayırdı. Mən içəri girəndə yalnız Şuşanik xanımın bu sözlərini eşitdim:– Hayıf gözəl Nina! Arşak mənim öz ermənimdir. Amma bilirəm ki, o, arvad saxlayan deyil.

9 min
Bağır xan

Sərdar heç vaxt faytona minməzdi. O, həmişə atlı gedirdi. O, atlanana qədər mən faytonla gedib onu Bağır xanın (Salari-millinin) qapısında gözləyirdim.Sərdar gəlib çıxdı. Bağır xanın qapısında duranlar onu təntənə ilə qarşıladılar. İçəri girdik. Burada Səttar xanın dairəsinə nisbətən daha böyük hərəkət vardı. Bağır xanın mövqeyi qorxulu idi. Hücumların bir çoxu Xiyaban tərəfindən başlanırdı. Buna görə də müharibə edən qüvvələr tamamilə Bağır xan ətrafında yerləşdirilmişdi. Bu ətraf cəbhə şəklində idi. Burada hər kəs silahlı idi. Hər tərəf səngər idi. Hər tərəfdə əski və yeni toplar gözə çarpırdı.

4 min

Poems by other poets