İrana gələndə
İranda Müşirüddövlə kabinəsinin yıxılması, Rzaxan diktaturasının məhkəmlənməsi səbəbilə şah yenə də Avropa səfərinə hazırlaşır.
Gülməz bu üzüm doğrusu İrana gələndə,
Ovqatım olur təlx bu viranə gələndə.
Bizar oluram get-gedə viran vətənimdən
Həp iyrənirəm bisərü saman vətənimdən
Qəm-qüssə yağır hal-pərişan vətənimdən
Bağrım yarılır külbəyi-ehzanə gələndə,
Xovf eyləyirəm mən bu biyabanə gələndə.
Etdim iki il eyş ilə qürbətdə siyahət
Qərbin kefinə öyrənübən eylədim adət
Dövran məni İrana yenə atdı nəhayət
Yaxdım oda öz canımı Tehrana gələndə
Rahat deyiləm Rey-Təbəristanə gələndə.
Bir ayrı qiyafətdə gəzir orda adamlar
Heyran qoyur insanı blandinka madamlar
Yaxşı keyinib seyrə çıxanda bağa şamlar
Doymazdı gözüm qarşıma yüz dənə gələndə.
Qarşımda süzüb incə xuramanə gələndə.
Tutmuş məni axır nə yapım burda kəsalət
Zindan kəsilib başıma bu kirli vilayət
Mən bir quru şahəm, təbəəm yolçu camaat
Zəhləm gediyor millətim əfqanə gələndə
Zülmi-sitəmimdən qırılıb canə gələndə.
Qaçmağlığa burdan yox idi əldə bahanə
Saz olmadı fikrimlə bu namərd zəmanə
İndisə hökumət ki, keçibdir Rzaxanə
Mən burda yoxam məsələ zindanə gələndə
Zülmi-sitəmimdən vətən həycanə gələndə.
Fikrimdə yenə ilçə yarım əzmi-səfərdir,
Londonda siyahət bizə bir irsi-pədərdir,
Tehran işi çox qorxuludur, ayrı təhərdir,
İş növbəti Tehranda Rzaxanə gələndə
Bağrım yarılır məsələ zindanə gələndə
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-irana-gelende
Use ← → keys to move, R for a random poem
More by this author
“Müharibələr Bağdadın qulağının dibində gedir. Soltan Mahmud ilə Soltan Məsud arasında gedən bu müharibə Bağdad xəlifəsi Müstərşidbillahın taleyini həll etmək üçün mühüm bir hadisədir. Çünki bunların hər ikisi xəlifənin hüququnu azaltmaq və öz əllərində olan məmləkəti genişləndirmək üçün çalışır. Bunun üçün də fürsətdən istifadə edən əcnəbilər Azərbaycan məmləkətini fitnə və macəralar yuvasına döndərmişlər”.Bu sözləri Əmir İnancın qoca vəziri Toxtamış deyirdi. Əmir vəzirin fikirlərini qismən rədd və qismən də qəbul edirdi. Əmir Aran məmləkətini idarə etmək barəsində danışaraq deyirdi:
Tovuz salonuTovuz salonunun fövqəladə bir surətdə bəzənməsi çağırılmış müşavirəyə verilən diqqətin fövqəladəliyini göstərirdi. Fövqəladəlik hər bir şeydə özünü göstərirdi. Cariyələrin libasında, qulamların baş örtüklərində, şərbətlərdə, saqilərin və xidmətçilərin geyimlərində bu fövqəladəlik gözə çarpırdı.Əmir salona daxil olduğu zaman, vaxt ikən hazırlanmış əyanlar dərhal ayağa qalxıb təzim etdilər. Buna görə də müxalifətçilər əksəriyyət təşkil edə bilmədiklərindən əksəriyyətə qoşulmaq məcburiyyətində qalaraq, Əmirin ayağına qalxdılar. Əmir kürsünün üstündə oturub qısa bir xütbə oxudu. Xütbəsində xəlifənin adını çəkmədi. Bu hadisə məsələnin iç üzündən xəbəri olmayanlar və avamlar üçün şadlığa səbəb oldu, onlar Əmirin ömr və dövlətinə dualar yağdırmağa başladılar. Əmir məclisin ruhunu əlinə alaraq sözə başladı:
“Namus”Toxtamış bir çox təlaşdan sonra Əmir ilə Safiyə xatun arasında baş vermiş ixtilafı ləğv edə bilmişdi. Əmir Safiyə ilə Mühakimin əlaqə məsələsinə inansa da, belə çətin bir zamanda qadın və ailə məsələləri ilə məşğul olmaq istəməmişdi. Buna görə də Safiyə xatunla barışmış və necə olursa olsun, bu hadisəni unutmağa çalışmışdı. Əmir axşam yeməyindən sonra adəti üzrə yenə də öz ailəsi içərisində vaxt keçirirdi. O yenə də Qətibənin saçlarını tumarlayır, onun başından öpür və onu nazlandırırdı. O, əlini atıb kitabın arasından bir parça kağız götürdü, Qətibəyə göstərdi və soruşdu:– Gözəl qızım, sən şeiri və ədəbiyyatı sevirsənmi?
Baği-İrəmBu gün Azərbaycan istiqlaliyyətinin şərəfinə verilən ziyafət Baği-İrəmdə təşkil olunmuşdu. Bu ziyafətə istiqlaliyyətə inananlar da, inanmayanlar da dəvət olunmuşdu.“Müqəddəratımızı öz əlimizə aldıq!” – deyə sevinənlərlə yanaşı olaraq, “Əmirin vəziyyətini möhkəmlətmək üçün düzələn bu macəra çox da uzun sürməz!” – deyənlər də var idi. Ziyafətdə iştirak edənlər hovuzlardakı qız heykəllərinə, onların döşlərindən vuran fəvvarələrə, Azərbaycanın hər tərəfindən gətirilmiş cariyələrə, cariyələrin tovuz quşu qanadından daha bəzəkli olan libaslarına tamaşa etdikləri zaman, Nizami ilə Fəxrəddin də Qərənfil xiyabanında gəzərək söhbət edirdilər.
Poems by other poets · Satire
Bu millət, ay Baba, lap ittifaq edir, nə əcəb?Veribdir əl-ələ, tərki-nifaq edir, nə əcəb?
Ey axundEy axund, ey dirəxti-bihasil,Olma çox da təməllüqə mail,
Səbribəyzadə, bizi atma, amandır, getmə!..Millətin halı bu gün xeyli yamandır, getmə!
Mirzə MehdiyəEy Mehdiyi-zaman, şairi-dövran,Adam olan gərək danışa məqul;