Tovuz salonu
Tovuz salonunun fövqəladə bir surətdə bəzənməsi çağırılmış müşavirəyə verilən diqqətin fövqəladəliyini göstərirdi. Fövqəladəlik hər bir şeydə özünü göstərirdi. Cariyələrin libasında, qulamların baş örtüklərində, şərbətlərdə, saqilərin və xidmətçilərin geyimlərində bu fövqəladəlik gözə çarpırdı.
Əmir salona daxil olduğu zaman, vaxt ikən hazırlanmış əyanlar dərhal ayağa qalxıb təzim etdilər. Buna görə də müxalifətçilər əksəriyyət təşkil edə bilmədiklərindən əksəriyyətə qoşulmaq məcburiyyətində qalaraq, Əmirin ayağına qalxdılar. Əmir kürsünün üstündə oturub qısa bir xütbə oxudu. Xütbəsində xəlifənin adını çəkmədi. Bu hadisə məsələnin iç üzündən xəbəri olmayanlar və avamlar üçün şadlığa səbəb oldu, onlar Əmirin ömr və dövlətinə dualar yağdırmağa başladılar. Əmir məclisin ruhunu əlinə alaraq sözə başladı:
– İndiyə qədər Azərbaycan xalqı uca olan Allahın mərhəmətini bilavasitə, yəni xəlifeyi-ruyi-zəminin vasitəsilə alırdı. Lakin bundan sonra azərbaycanlılar bu mərhəməti bilavasitə əldə edə biləcəklər. Bundan sonra azərbaycanlılar xəlifənin himayəsində deyil, bilavasitə xudavəndi-aləmin himayəsində yaşayacaqlar, çünki əhali artıq öz azadlığını əlinə almaq səlahiyyətini qazanmışdır.
Buna görə də biz bir neçə həftədir ki, bu məsələ ilə dərindən məşğul olmaqdayıq, işçilərin bəzilərini yerli xalqdan olmadıqları üçün məsul işlərdən xaric etmişik. O cümlədən hökumətin möhürdarı Mühakim ibn-Davud, Rəbiət ibn-Qanim və Sadiq ibn-Hənbəl, Cabir ibn-Əta və sairləri işdən götürülmüşdür. Onların Azərbaycandan çıxıb getmələrinə əmr sadir etmişəm.
Salonda yenə də böyük bir şadlıq başlandı. Avamların cərgəsindən: “Əmirin ömrü, dövlət və şövkəti artıq olsun!” səsləri salonun zinətli tavanlarına əks etməyə başladı.
Əmir sözünü davam etdirdi:
– İndi biz gələcəyi düzəltməklə məşğul olduğumuz bir zamanda, keçmiş səhvlərin də islahına çalışmalıyıq. Gəncə xətibi və onun müridləri tərəfindən təhqir edilmiş böyük şairəmiz Məhsəti xanımı Azərbaycana qaytarmaq üçün Bəlx şəhərinə dörd nəfərdən ibarət bir heyət göndərmişəm. Şairənin düşməni Gəncə xətibini də Gəncədən sürgün etdim, müridlərin bir çoxu həbsə alınmış, digərləri qaçıb gizlənmişdir.
Başlıca olaraq Aran ziyalısı və Aran əyanları əcnəbi müdaxiləsinə imkan verməmək üçün hökumətin təşəbbüslərinə qoşulmalı və xalqa öz düşmənlərini tanıtmalıdırlar. Mənə belə gəlir ki, biz öz məmləkətimizi qonşularımızdan daha yaxşı idarə edə bilərik.
Əmir salondakıların “Yaşasın Əmir, yaşasın azadlıq” səsləri altında kürsüdən düşüb getdi, Toxtamış vəzir isə salondakıların bəzilərini Əmirin xüsusi otağına dəvət etdi.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-tovuz-salonu
Use ← → keys to move, R for a random poem
More by this author
Əmir timçəsindən keçdiyim zaman Həsənağaya rast gəldim. O mənə yanaşaraq:– Anam, sizi təcili surətdə çağırır, – dedi.
İraida oğurlandıBugünkü iclasda xalça fabriklərində iş aparmaq məsələsi müzakirə edilirdi. Mən bütün küstar sənaye müəssisələrinin təşkili məsələsini də gündəlik müzakirə sırasına keçirdim.Bu vaxta qədər bizim xalça fabriklərindən başqa heç bir müəssisə ilə əlaqəmiz yox idi.
İraidanın həbsindən sonraSəhər saat 7-də qapımız vuruldu. Gələn Nina ilə sərdar Rəşidin kiçik xidmətçisi idi.Qapını açan kimi, Nina saxta bir təşvişlə dedi:
Məqsədə doğruMüharibənin yaxınlaşdığı şayiələr bir həqiqət olmuşdu. Osmanlı məmləkəti hüduduna göndərilən çar orduları sel kimi axıb gəlirdi. Amerika konsulxanasında bir məlumat olub-olmadığını bilmək üçün miss Hannanın evinə getməyim lazım idi.Xidmətçi qadın qapını açaraq məni evə buraxdıqda, miss Hanna stol başında oturub nə isə bir şey yazırdı. O məni görüncə yazdığı kağızı kitab altına soxub qalxdı. Mən gülümsünərək:
Poems by other poets
Əlay, cümlətən məzlum olub məhbus olan canlar,Xüsusən aliciahlar, hacılar, bəylər, müsəlmanlar,
Aşıq Süleymanla aşıq Valehin deyişməsiNaxçıvanlı aşıq Süleyman iki nəfər şagirdi ilə, usta Səməd və Aşıq Valehlə deyişmək üçün Abdal-Gülablıya gəlirlər.Abdal kəndində zurna çalan Aşıq Bədələ qonaq olurlar, axşam el-camaət toplanır Aşıq Bədəlin damına. Aşıq Süleyman ayağa qalxır, şagirdləri ilə, gecədən keçincə çalıb-çağırırlar. Bir nəfər Aşıq Süleymana dövran yığmaq istəyirkən, Aşıq Süleyman deyir: – Cəmaət mən bura dövran yığmaq üçün gəlməmişəm. Eşitdiyimə görə bu kəndə Ustad Səməd və Aşıq Valeh var. Mən gəlmişəm onlar ilə meydan açam, deyişəm. Mümkündürsə, məni bu arzuma çatdırın. Aşıq Bədəl deyir: Aşıq Süleyman səni arzuna çatdırmaq müşkül işdir. Ona görə ki, Aşıq Valeh yaylağa toya gedib, Usta Səməd isə xəstədir.
SultanımBir bivəfa yar ucundanYetişdim cana, sultanım.
OlurEşq odına düşdüm, çəkdim cəfalar,Dünyada səfasız nə yaman olur,