İstəməm
Paris kino-teatrlarında Şura filmlərini göstərən vaxt «Yaşasın Lenin, yaşasın Şura hökuməti» kimi hissələri göstərdikdə dayandırmışlar.
İstəməm qorxulu rüxsarını rə’yadə görüm.
Nə adın lentada, şəklin nə sinamada görüm.
Elə bir qorxulu ad kim gecə düşcək yadıma,
Elə bil kim iki yüz fəhş verir hər zadıma,
Quru bir adı da su bağlayacaq bünyadıma,
Qorxuram doğrusu şəklin də tamaşada görüm,
Nə adın lentada, şəklin nə sinamada görüm.
Buna doktor da deyir baxma zərərdir gözünə,
Heç olurmu pul alıb filmaçı söysün üzünə?
Dəlisənmi yenə həngamə açırsan özünə?
Nəyə lazım gedib əzraili filmadə görüm?
Nə adın lentada, şəklin nə tamaşada görüm.
Hər tərəf pullu, böyük zal dolusu bankir ola,
Qoyarızmı orada hər cürə filma qoyula?
Bir sözün kim toxunur sədəməsi sənduqə pula,
Yaramır bir belə nadan işi dünyada görüm,
Nə adın lentada, şəklin nə tamaşada görüm.
Hər gələn filma ki, tə’rifləmədi göz-qaşımı,
Bilmədi müftərizüttaə mübarək başımı,
Elə bir filma ki, baxdıqca töküm göz yaşımı,
Bir tamaşada ikən kəndimi dəryada görüm,
Nə üçün pul verib əzraili filmadə görüm?
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-istemem
Use ← → keys to move, R for a random poem
More by this author
Sərdar Rəşid yerli camaatın əhvali-ruhiyyəsini öyrənmək və çar konsuluna xəbər vermək üçün osmanlıların mənfəətinə təbliğata başlamışdı. Bu təbliğatın nəticəsində bir çox avamlar aldanır və osmanlı tərəfdarı olduğunu izhar etməklə bir neçə saatdan sonra həbsə alınır və konsulxananın sərəncamına göndərilirdi.Sərdar Rəşidin bu siyasəti ilə tanış olanlar Hacı Səməd xanı arzulamağa başlamışdılar, çünki Hacı Səməd xanı hər kəs bir çar nökəri kimi tanıdığından ehtiyatını əldən buraxmırdı. Sərdar Rəşidə gəldikdə onun yanında nə kimi bir mövqe tutmaq və kimin nəfinə və kimin zərərinə danışmaq lazım olduğunu anlamaq çətin idi. Sərdar Rəşid Təbrizdəki alman tərəfdarları ilə əlaqəyə girmişdi. O, bir hakim olmaqdan daha çox, bir xəfiyyə və bir iandarm idi.
Sərdar Rəşidin iç üzüMahru özünə verilən tapşırığı unutmamışdı. O gecə saat on birdə otağında oturub, sərdar Rəşidin onu öz yanına çağırmasını gözləyirdi, çünki sərdar Rəşid Mahru olmadan yeməz, içməzdi, hər gecə onun şərab piyaləsini Mahru doldurmasaydı, dilinə şərab vurmazdı.Bu gecə nədənsə sərdar Rəşid Mahrunu çox təxirlə öz yanına çağırdı. Mahru sərdar Rəşidin otağına girdiyi zaman o, əlindəki qələmlə qabağındakı bloknota bəzi şeylər qeyd edirdi: O, Mahrunu gördüyü zaman qələmi yerə qoyub:
Hacı Səməd xanın müharibə hazırlığıHacı Səməd xanın səfərbərliyi olduqca müvəffəqiyyətlə qurtarmışdı. Bütün Azərbaycan xanları və əşirətlər öz atlısı ilə Marağaya və Savucbulaq ətrafına gəlmişdi. Hacı Səməd xanın komandası altında min nəfərə qədər rus piyada qoşunu, on min nəfərə qədər də İran atlısı vardı.Ərdəbil, Sərab, Gərmrud, Ocan, Abbas və Çardovlu tərəflərindən nə qədər dəyərli atlılar var isə hamısı Səməd xanın əmrini alan kimi Savucbulaq tərəfinə axıb gəlməyə başlamışdı. Hacı Səməd xan qələbə üçün tələsirdi, çünki bu müharibə onun gələcəyini həll edəcəkdi. Bunun üçün də hələ Şahsevən və Qaradağ xanları gəlib yetişmədən müharibəni başlamağa qərar verdi, çünki o, osmanlılara əlavə qüvvə gəlməsindən qorxurdu.
Çar konsulu Təbrizi tərk edirHacı Səməd xan qaçıb Təbrizə gəldi. O, utandığından konsulxanada mənzil edə bilmədi, birbaş atını sürdü özünün qədim dostu Hacı Mehdi ağa Kuzəkünanininf qapısına. Orada bir neçə saat mənzil etdi. Konsul bu xəbəri eşidən kimi onu yanına çağırıb lazimi qədər söydü və təcili surətdə Təbrizdən Rusiyaya yola düşməsini əmr etdi.Hacı Səməd xan getdi. Lakin çar konsulunun özü də gedirdi.
Poems by other poets · Satire
Gözləyən kimsə, gözüm, həqqi deməz ay sənə,Neçidir ay vəcahətdə ola tay sənə!
GörəndəSöylə mənə, ey şapka, nədir səndə əlamət,Baş yendiririk doğrudu bir xanı görəndə,
Dübarə-səbarəVerir müsəlmanə yüz macəra dübarə-səbarə,Edir qəzetlər ona iftira dübarə-səbarə.
Bir mühərrir ki, cybü nöqsanıBir mürərrİr kİ, eybü nöqsamYazdığı cümləde pədid olsun,