«Çün xeymələr o Şumrə hökm oldu qarət olsun».
Həmşəhri məscidində şeyxə qənimət olsun.

Onda ki, molla Kamyab vurdu Hüseynə zərbət,
«Ey vay ağam» bağırdı məsciddə sadiq ümmət,
Ey şiə etmə artıq Şumrə, Yezidə lə’nət,
Bir kərrə söylə dildən Kamyaba lə’nət olsun,
«Çün xeymələr o Şumrə hökm oldu qarət olsun».

Hər il məhərrəm olcaq şeyxin kəramətindən,
Çıxsın gərək bir az pul islam millətindən,
Sirrin gedib soruşsan şeyxin son övrətindən,
Söylər gərəkdi şeyxə hər gün bir övrət olsun,
Bir dəfə söylə dildən bu şeyxə lə’nət olsun.

Xalqın başına eylə səpdi yalanı molla,
Hazırladı o dəmdə noxta, palanı molla,
Ləşkər hücum edəndə atdı əbanı molla,
Az qaldı məscid üzrə bərpa qiyamət olsun,
Bir dəfə söylə dildən Kamyaba lə’nət olsun.

Öldürdü şeyx əfəndi Ali-Əlini ətşan,
Xəncər əlində söylər minbərdə «va cibişdan»,
Hala yenə bazarda bu anlamaz müsəlman
Qəsdində qoydu şeyxə pul versin, alət olsun,
Həmşəhri məscidində bərpa qiyamət olsun.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire