(«Molla Nəsrəddin»in möhtərəm yazıçısı Qızdırmalıya)

Əfəndim! Sözlərinizdən hərarət yağır, oxuyanda insanın dil-damağı quruyur. Məqalələrinizin hədərən-pədərən olmasından belə mə’lum olur ki, bir az da titrətməniz vardır. Onun da cəhəti bulvarda gəzəndə starşi qaradovoy, börk götürmüsən, sənə soyuq dəyibdir. Əlbəttə mənim ərzimi qəbul edib gərək bir qrantsız hamam tapasan, bir qədər tərləyib, sonra suya girib fitəni başuva salıb altmış qab isti su fitənin üstündən başuva tökəsən. Ondan sonra əhvalını mənə yazgilən. Hərgah yaxşı olmasan, eybi yoxdur, qızdırmanı bağlaram.

Eşidirəm başında bir az da ağrı vardır. Haman azara hükəma istilahında nəzlə deyirlər. Qara toyuq yumurtasına bir neçə söz yazıb, kisəyə tikib, məsciddə tirdən asarlar. Qorxma, mən onu da çabaça edərəm. İşdir, əgər bu da mənfəət etməsə, onda yəqin elə ki, sənə göz vurublar. Bu aşağıda yazdığım duanı bir ovuc üzərlikə oxuyub, od içində yandırıb üstündən oyan-buyana atılarsan.

Duanın surəti:

Üzərlik sən havasan,
Həzar dərdə davasan,
Hər yerdə sən olasan,
Qada, bala sovasan.

Üzərlik danə-danə
Tökülsün hərzə canə,
Qohum ola, yad ola,

Gözü bu odda yana.
Atın daydı üzərlik,
Donun ağdı üzərlik,
Müşkül işim düşübdür,
Hovdi-hovdi üzərlik.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

“Yalançı Dilşad”

Azərbaycan heyətinin üzvləri səhər yeməyini Əmin qəsrində yeyəndən sonra, Bağdad şəhərini gəzmək üçün hazırlaşdı. Qulamlardan birisi gəlib Fəxrəddinə baş endirib dedi:– Bizim möhtərəm ağamızı bir nəfər qadın qapıda durub gözləyir.

24 min
Nizamiyə sui-qəsd

Fəxrəddin Əmin qəsrinin pilləkənlərindən küçəyə düşdüyü zaman, Səba xanımın qapıda o tərəf bu tərəfə dolandığını və tez-tez Əmin qəsrinin qapısına baxdığını gördü.O, dərhal Səba xanımın nə üçün gəldiyini anladı və gülər üzlə ona yanaşaraq:

5 min
Xəlifənin qızları

Bu gün Dürrətülbağdad öz qaynı Fəxrəddinin şərəfinə bir ziyafət təşkil etmişdi. Ziyafətdə ölmüş xəlifə Müstərşidbillahın qızları, cariyələri, Bağdadın musiqi və incəsənət xadimləri və sairləri iştirak edirdi.Günorta azanından bir saat keçmiş Dürrətülbağdadın qəsrinin qarşısında xəlifə Müstərşidbillahın qızları və iyirmi cariyəsini gətirən ipək örtüklü taxt-rəvanlar dayandı.

5 min
Qadınlar və qızlar dünyası

Səhər saat 7-də xəlifənin nümayəndəsi Asəf Azərbaycandan gələn heyət ilə bərabər kənizlər və cariyələrin tərbiyəsi ilə məşğul olan və eyni zamanda kənizlər və cariyələr satmaqla məşhur olan Fənhas müəssisəsinə yola düşdülər. Fənhasın müəssisəsi “Bəndəfruş” bazarının şərq tərəfində düşən kiçik bir şəhərdən ibarət idi.Qapını vurdular. Fənhas müəssisəsinin xidmətçilərindən Həyyan qapıya gəldi. Asəf xəlifənin fərmanını göstərib səyahətçilər gəldiyini xəbər verdi. Fənhasın nəvəsi Mərhəş cübbəsinin ətəklərini yerlə sürüyə-sürüyə qapıya gəldi, fərmana və fərman gətirənlərə baş əyib qonaqları içəri buraxdı.

10 min

Poems by other poets · Satire